Rusiya ordusunun Donbasdakı taktik uğurlarının səbəbi bu imiş
- KƏŞFİYYAT MƏLUMATI
"Rusiya Federasiyasının havadan və yerdən artilleriya zərbələrini birləşdirməsi onun Ukraynanın şərqindəki son taktiki uğurlarının əsas amilinə çevrilib".
Globall.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə “European Truth” saytı məlumat yayıb.
Saytın xəbərinə görə, Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatının təsbitlərinə əsasən, Donbas üzərində Rusiyanın hava fəallığı yüksək olaraq qalır, Rusiya təyyarələri həm idarə olunan, həm də idarə olunmayan sursatlarla zərbələr endirməkdə davam edir.
“Münaqişənin ilk günlərində Rusiyanın Ukraynanın strateji hava hücumundan müdafiə sistemlərini sıradan çıxara bilməməsi və ya yox etməməsi onun yerüstü manevrlərində taktiki imkanlarını məhdudlaşdırdı və bu da onun Kiyevə hücumunun uğursuzluğuna səbəb oldu”, - deyə, Müdafiə nazirliyinin icmalında qeyd olunur.
Britaniya kəşfiyyatına görə, həmin vaxtdan bu yana Rusiyanın hava fəaliyyəti, əsasən, Ukrayna ordusunun möhkəmlənməsinə və onun sursat-təchizatın hərəkətinə mane olmaq üçün havadan və yerdən buraxılan qanadlı raketlərdən istifadə etməklə məhdudlaşıb.
Britaniya kəşfiyyatının təsbitinə əsasən, bütün bunlara rəğmən bu zərbələr münaqişəyə ciddi təsir göstərməyib və üstəlik, Rusiyanın dəqiq idarə olunan raket ehtiyatı olduqca azalıb.
Əməliyyatların əsasən Donbasa yönəlməsi sayəsində Rusiya hava hücumları və kütləvi artilleriya atəşlərini birləşdirərək taktiki təyyarələrdən istifadə imkanlarını artıa bilib. Beləliklə, hava və artilleriya zərbələrinin birgə tətbiqi Rusiyanın regionda son taktiki uğurunda əsas amilinə çevrilib.