Nazirdən YENİ RƏİS TƏYİNATI
Bərdə Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.
Globall.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polkovnik-leytenant Ənvər Həsənov vəzifəsindən azad olunaraq Bərdə Rayon Polis Şöbəsinə rəis təyin edilib.
Bərdə Rayon Polis Şöbəsinin rəisi Muradəli Babayev isə tutduğu vəzifədən azad edilib.
Oxunub: 356
Xəbəri paylaş
Paylaş: