Rusiya Baş Hərbi Prokurorluğunun generalı və polkovniki koronavirusa yoluxdu

Baş Hərbi Prokurorluğun 3-cü İdarəsinin rəisi, general-mayor İqor Şaboltanov və onun müavini, polkovnik Boris Xubiyevdə koronavirus tapılıb.
Bu barədə aprelin 28-də məlumat yayılıb.
Məlumata görə, laboratoriya testləri onların COVID-19-a yoluxduğun təsdiqləyib. 3-cü İdarənin işçiləri cinayət işlərinin araşdırılmasına nəzarət edir, məhkəmə iclaslarında iştirak edir, cinayət işinin materiallarını təsdiqləyir və məhkəməyə təqdim edirlər. Təhlükəli infeksiyanın yayılmasının qarşısını almaq üçün hərbi sanitariya-epidemioloji nəzarət bu bölmənin ərazisində qondarma müşahidənin - yoluxucu bir xəstəliyin lokalizasiyasını və aradan qaldırılmasına yönəlmiş məhdudlaşdırıcı və epidemiya əleyhinə tədbirlərin tətbiq edilməsini tələb edib.
COVİD-19-a yoluxan xəstlərlə əlaqə quran işçilər evə göndərilib, hərbi prokurorluğun binalarında dezinfeksiya işləri aparılıb. Görülən tədbirlər sayəsində şöbənin kollektivi arasında kütləvi şəkildə infeksiyanın yayılmasının qarşısını almaq mümkün olub. Baş Hərbi prokuror Valeri Petrov və müavinləri isə sağlamdır və vəzifələrini icra edirlər.
Baş Hərbi Prokurorluq İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi (BHİİ) ilə eyni binada yerləşir, ancaq koronavirus infeksiyası ilə əlaqəli bir hadisə olmayıb.
Oxunub: 338
Xəbəri paylaş
Paylaş:




















