Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
"İŞ ALINSAYDI FƏRHAD ƏHMƏDOVDAN 2 MİLYON ALACAQDIM"- DTX-nin saxladığı Anass Derraz
Rusiya KİV-lərində Azərbaycana qarşı KÜTLƏVİ TƏXRİBAT - FOTOLAR
Həmkarlar İttifaqının “ONLAYN FIRILDAĞI”: Görün İNSANLARI NECƏ ALDADIRLAR - FOTO
Press-fakt.az
    
  • "İŞ ALINSAYDI FƏRHAD ƏHMƏDOVDAN 2 MİLYON ALACAQDIM"-
    "İŞ ALINSAYDI FƏRHAD ƏHMƏDOVDAN 2 MİLYON ALACAQDIM"- DTX-nin saxladığı Anass Derraz
  • 
  • DEPUTATIN “DADLI BİZNESİ”-
    DEPUTATIN “DADLI BİZNESİ”- Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir
  • 
  • Bu ölkədə öldürücü isti hava qeydə alındı
    Bu ölkədə öldürücü isti hava qeydə alındı
  • 
  • Saxta bank profilləri ilə 78 min ələ keçirən Türkiyə vətəndaşı tutulub
    Saxta bank profilləri ilə 78 min ələ keçirən Türkiyə vətəndaşı tutulub
  • 
  • Səfir Türkiyə-Ermənistan sərhədinin hansı halda açılacağını açıqlayıb
    Səfir Türkiyə-Ermənistan sərhədinin hansı halda açılacağını açıqlayıb
  • 
  • Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?-
    Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?- TƏFƏRRÜAT
  • 
  • Ukraynadan Çasov Yarla bağlı açıqlama:
    Ukraynadan Çasov Yarla bağlı açıqlama: Şəhər işğal edilməyib
  • 
  • Hava PROQNOZU:
    Hava PROQNOZU: Sabah 41 dərəcə isti olacaq
  • 
  • Dəhşətli zəlzələnin olduğu bölgədə 2500 azərbaycanlı var -
    Dəhşətli zəlzələnin olduğu bölgədə 2500 azərbaycanlı var - AÇIQLAMA
  • 
  • İmamoğlu olmazsa, mən də namizəd deyiləm -
    İmamoğlu olmazsa, mən də namizəd deyiləm - Özel
  • 
  • İsti hava ilə bağlı işəgötürənlərə XƏBƏRDARLIQ -
    İsti hava ilə bağlı işəgötürənlərə XƏBƏRDARLIQ - Dövlət Əmək Müfəttişliyi
  • 
  • DİN və DSX əməliyyat keçirdi - 
    DİN və DSX əməliyyat keçirdi -  Axtarışda olan şəxs saxlanıldı
  • 
  • İran nüvə obyektlərinə vurduğu zərərə görə ABŞ-dan təzminat istəyir
    İran nüvə obyektlərinə vurduğu zərərə görə ABŞ-dan təzminat istəyir
  • 
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -   SİYAHI
  • 
  • Rusiyalı deputatdan sensasiya: 
    Rusiyalı deputatdan sensasiya:  “Azərbaycana hərbi müdaxilə…”
  • 
  • Telegram-da yeni qlobal axtarış funksiyası istifadəyə verilib
    Telegram-da yeni qlobal axtarış funksiyası istifadəyə verilib
  • 
  • Fransadan sonra bu ölkə də Fələstin dövlətini tanıyacaq
    Fransadan sonra bu ölkə də Fələstin dövlətini tanıyacaq
  • 
  • Bu məsuliyyəti üzərimizə götürməyə hazırıq -
    Bu məsuliyyəti üzərimizə götürməyə hazırıq - Ərdoğan
  • 
  • İrəvan Zəngəzur dəhlizinin adını dəyişdirdi -
    İrəvan Zəngəzur dəhlizinin adını dəyişdirdi - “Sünik qapısı”
  • 
  • İlin əvvəlindən indiyədək 41 bağça müdiri işdən çıxarılıb
    İlin əvvəlindən indiyədək 41 bağça müdiri işdən çıxarılıb
  • 
  • 42 milyon yeyintidə təqsirləndirilən "Şlyapa Zahid"ə hökm oxundu -
    42 milyon yeyintidə təqsirləndirilən "Şlyapa Zahid"ə hökm oxundu - 12 il iş verildi
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • İSLAM TƏSLİMİYYƏT KİMİ (esse) - İndi gələk Qurandakı o fikrə...
  • PREZİDENT “ROSSİYA-24” KANALINDA AVROPA İTTİFAQINI TƏNQİD ETDİ: "Bu, saziş deyil, yuxarıdan göndərilən təlimatdır"
  • Yanmış “EuroHome” sahibinin bacısı oğlunun qara əməlləri üzə çıxdı...
  • BİLİK VƏ TƏPİK – Gərəyi və dəyəri

    • Tarix: 28-04-2020, 16:23



    “Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək”.
    Hz. Məhəmməd (s.ə.s.)

    Vallah, bu evdə oturmaq məsələsi ki, var ha, Allah axırını xeyrə calasın, yaxşı heç nə vəd eləmir...
    Məmləkətin qarıyıb-qartımış ideoloji təbliğat resurslarının kütləvi kütləşmə siyasətinə rəğmən adamı düşünməyə, aranla dağın yerini “exchange” eləməyə, müqayisə aparmağa, “onlarda” yaxşı olanın bizdə nədən pis olduğunun səbəbləri üzərində baş sındırmağa sövq edir. Və düşündükcə, özümüzü tanıdıqca, ölkədə cərəyan edən vaqiələrə, bəzi-para mətləblərə nüfuz etdikcə istəmədən qəribə mənzərəyə şahid olursan.

    Rəqəmsal dünyanın “rəqəmsal” virusu

    İki əsrin və apriori, minilliyin qovuşuğunda bəşəriyyət çox böyük, bəlkə də planetar miqyaslı reallıqlarla üzbəüz qaldı: Elvin Toflerin “Üçüncü informasiya dalğası”, Klaus Şvabın “Dördüncü sənaye inqilabı”, Rey Kurtsveylin “Texnoloji sinqulyarlıq” təlimi...
    Və dünya “oturub” özünü informasiya, yaxud bəzi mənbələrdə də səsləndiyi kimi, “hibrid” müharibəsindən necə qoruyacağı ilə bağlı taktika və strategiyalar üzərində baş sındırarkən Yer üzünü bir başqa bəla “ziyarət” elədi.
    Sırf insan beyninin, zəkasının, elmi axtarışlarının “bəhrəsi” olan koronavirus – taclı virus!
    Əslində, adındakı ehtişam onun yalnız taxt-tac sahibi olan padşahlara, krallara, prezidentlərə, sərvət sahiblərinə “layiq mal” olduğunu göstərsə də, nə zümrə təsnifatı tanıdı, nə sərhəd bildi.
    Bəli, bəşəriyyətin insan cəmiyyətini təhdid edən ekoloji, texnogen, sosial məzmunlu problemlərlə uğraşdığı, üçüncü Dünya ölkələrinin insan kapitalı, bilik iqtisadiyyatı, elm, təhsil, səhiyyə, bütövlükdə sosiomədəni məsələlərə sərmayə qoymaq əvəzinə təpədən-dırnağadək silahlandığı bir vaxtda elmi laboratoriya divarlarını aşıb qaçmış təhlükəli “bioterrorçu” – koronavirus, dünyaya “şah” elan etdi.
    Biz hər nə qədər aktual və trenddəki mövzu olsa da, pandemiyanın ölkələrin və dövlətlərin siyasətində, liderlərin fəaliyyətində üzə çıxartdığı “ağ ləkə”lərdən bəhs etməyəcəyik, zira, uzun və yorucu hekayətdir. Bircə, lakin mühüm məqama toxunacağıq.
    Dünyaya meydan oxuyan diktatorları belə “barmağına dolamış” “COVİD 19”-u bəlkə də mahiyyətcə militarist və antibəşəri məqsədlər güdən “Maltus nəzəriyyəsi”nin “biomüharibə” səviyyəsində davamı kimi də xarakterizə etmək mümkündür. İstənilən halda, onun qarşısına pulla, cəbbəxana ilə, “yaltaqlıq və yalanla” deyil, elmlə çıxmaq mümkündür.
    Bəli, zaman-zaman insan cəmiyyətinə meydan oxuyan pandemiyalar özündən deyən, sinəsinə döyən, canahgirlik iddialarına düşən, hər şeyi pulla almağın mümkün olduğunu düşünən əbləh liderlərə, “samodur” dövlət başçılarına onların iradəsindən kənarda, dəyənək-zopa ilə ram edə bilməyəcəkləri hadisələrin cərəyan edə biləcəyi ehtimalının nə qədər real olduğunu izah elədi.
    Nə qədər etdi? Bunu təhlükə sovuşandan sonra görəcəyik.
    Hələliksə, dünyanın bütün aparıcı tibbi elm mərkəzləri koronavirusa qarşı zərdab axtarışı ilə məşğuldurlar. Ölkələr, transmilli əczaçı şirkətlər, meqakorporasiyalar bu işə böyük maliyyə ayırırlar.
    Həyatın belə bir sərt “proza”sı, obyektiv gerçəkliyi var: acqarına ciddi uğurlara nail olmaq mümkünsüzdür. “Sosrealizm”in, kommunist ideologiyasının “pioner şeypuru”nun cır səsi kimi qulaqdələn təbliğatı ilə yol gedə bilərsən, amma bu əziyyət, mənzilə çatacağının təminatı sayılmaz. Deməli, hər şeyin “səbəbi-baisi” böyük Sabirin söylədiyi kimi, “parədir”.
    Bəs bizdə necə, bunu anlayırlarmı?

    Elmin “Mədain xərabələri”

    Ölkədə iş-filan yox, TV-lər bərbad gündə, kitabla da ki, Allah alıb, aramız bir qədər sərin... o üzdən hamı özünü verib sosial şəbəkələrə. O gün birisinin Azərbaycan alimləri ilə bağlı atmacasını oxudum... adam öz aləmində lağlağı eliyirdi ki, Akademiya getdi məzuniyyətə, bəs koronavirusa qarşı vaksini kim tapacaq?!
    Heyvərəlikdir!
    Şərh bölümünə qısaca yazdım ki, bu məmləkətdə koronavirusun çarəsini yaşamaq deyil, ölməmək üçün qəpik-quruş alan alimlər deyil, idman döşəyində 3-5 dəqiqəlik döyüş üçün hökumətin yüz minlərlə dollar mükafat verdiyi idmançılar, dövlətin milyardlarla pulunu həzm-rabedən keçirən korrupsioner-məmurlar, yarım saatı 5-10 minə “toy oxuyan” manıs-mütrüf tayfası və digər “dormoed”lər tapmalıdırlar.
    ... Ancaq doğrudan da, niyə bizim alimlər tapmasın da?!
    Sualı bir başqa cür qoyaq: nə ilə – boş entuziazm iləmi? “Hurrey” patriotçuluqlamı? “Quru-quru qurbanın olum”lamı? “Səndəkini yeyək, məndəkini oynadaq” dərrakəsi iləmi?
    Neçə il əvvəl elan olundu ki, iqtisadiyyatda əsas ağırlıq mərkəzi qeyri-neft sektorunun üzərinə düşəcək. İnkişafın əsas magistral xətti insan kapitalı, bilik iqtisadiyyatı olacaq. Hesab edin ki, neft yoxdur!
    Bəçeşm! Ləbbeyk! Azərbaycanda ümumiyyətlə neftin olub-olmadığını öz həyatında hiss etməyən vətəndaşlar bu çağırışı normal, yeni inkişaf “era”sının rəhni kimi qarşıladılar.
    Elm də qeyri-neft sektorudur.
    Orta və kiçik biznesə ötən illərdə yüz milyonlarla vəsait qoyulub.
    Aqrar sahəyə milyardlarla sərmayə yatırılıb.
    Nəticə?! Həmin seqmentlərin ixracda məhsul və dəyər ekvivalenti kimi iştirakı hansı “optimist” rəqəmlərlə ifadə olunur?

    Pomidorla, fındıqla çoxmu uzağa gedə bilərik?

    Bəs gəlin görək elmə nə ayrılıb? Biz texnologiyaların inkişafının elə bir mərhələsinə gəlib yetişmişik ki, dırnaq boyda bir çip ölkəyə 10-15 neft eşalonunun pulunu qazandıra bilər.
    Dünya şöhrətli azərbaycanlı alim Lütfizadənin bu xüsusda praktiki bir fikri var; deyir ki, elmə iki yanaşma mövcuddur: yaxşı biznesi nəzərdə tutan praqmatik və romantik.
    İndi bir çox ağıllı ölkələrdə insanlar elmə praqmatikcəsinə baxırlar. Bəs bizdə necə? Rusların bir ifadəsi var – “ckatert-samobranka”, yəni tənbəl xanımların əflatuni arzusu – süfrəni açırsan və dünyanın bütün nemətləri üstündə hazırdır. Ancaq qafasına vuran yoxdur ki, bu cür yalnız nağıllarda olur, müasir Piri babaların söylədiyi “islahat” adlı nağıllarda.
    Elmin strateji əhəmiyyətli, prioritet fəaliyyət sahəsi olub-olmaması, ilk növbədə, hər bir ölkənin ümumi daxili məhsulunda (ÜDM) elm sahəsinin payı, iştirakı və yaratdığı dəyərin həcmi ilə müəyyənləşir. Elmdən nə isə ummaq üçün isə məlumdur ki, ona nə isə verməlisən, büdcənin cibini geniş açmalısan. Burada Hacı Qaralıq (M.F.Axundov), Hobseklik (O.Balzak), Qarpaqonluq (J.B.Molyer) işə keçmir. Müqayisə üçün bildirək ki, dövlət büdcəsində elmin payı Avropa Birliyi ölkələrindən İsveçdə 3,9 faiz, Finlandiyada 3,5 faiz, Fransa və Böyük Britaniyada 2,0 faizdən artıq, İspaniya və İtaliyada 1,1 faiz, ABŞ, Almaniya və Yaponiyada isə 3,0 faiz təşkil edir.
    Azərbaycanda 1980-1990-cı illəri əhatə edən dövrdə büdcədən elmə ayrılan xərclərin ÜDM-də payı 0,3-0,5, 1991-ci ildə 0,8 faiz hüdudlarında idisə, 1995-2002-ci illərdə bu göstərici 0,3 faiz təşkil etmiş, 2003-cü ildə 0,2 faizlik səviyyəyə enmiş, 2005-2010-cu illər ərzində 0,5 faizə qalxmışdır. Hazırda bu rəqəm yenə də 0,3 faiz civarında tərəddüd edir ki, belə bir kasıb maliyyə rasionu ilə dünya miqyasında nəinki elmi-texnoloji sıçrayışı, heç “pa” elementini belə yerinə yetirmək mümkünsüzdür.
    Elmi işin təşkili ilə məşğul olan mütəxəssislər tərəfindən müəyyənləşdirilmiş və müxtəlif ölkələrin inkişafı timsalında öz tədbiqini tapmış normativ bir qənaət var. Əgər hər hansı ölkədə elmin maliyyələşdirilməsi ÜDM-in 1 faizini təşkil edirsə, elm o ölkə üçün olsa-olsa sosial-mədəni funksiyanı yerinə yetirə bilər. Yəni bu halda elm həmin cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi və ictimai-siyasi həyatında proseslərə ciddi təsir göstərmək imkanına malik olmayan dekorativ fon statusunda mövcud olur. Əgər maliyyələşmənin həcmi ÜDM-in 2 faizini təşkil edirsə, elm bilik istehsal edər, 3 faizini təşkil edirsə, sosial-iqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevrilər. Bu, dünyanın həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrinin timsalında təsdiqini tapmış faktdır.
    2019-cu ildə Azərbaycanın büdcəsi (gəlir və xərc birlikdə) 47.697.500.0 manat təşkil etmiş, elmə 136.290.498 manat ayrılmışdır. Cari il üçün büdcə 51.048.200.0 manat həcmində təsdiq edilmiş, elm xərcləri 193. 662. 887,0 manat müəyyənləşdirilmişdir (hər hansı bir illüziyanı önləmək üçün deyək ki, təxminən 58 milyon manatlıq fərq minimum əmək haqqı həddinin artırılması ilə bağlıdır – X.N.). Göründüyü ki, büdcədən elmə ayrılmış vəsait 0,3 faizin altındadır.
    Amma büdcədə diqqətinizi özünə çəkə biləcək məqamlar da az deyildir. Məsələn, 2019-cu ildə səhiyyə sahəsində tətbiqi tədqiqatlara 5.211.716,0 manat, səhiyyə sahəsinə aid edilən digər xidmətlərə isə 538.747.409,0 manat ayrılmışdısa, 2020-ci ilin büdcəsində həmin xərclər anoloji olaraq 9. 430. 620,0 manat və 1.196. 451. 373,0 manat təşkil etmişdir. Göründüyü kimi, tibbə aid bütün problemlərin həllinə mükəlləf olan bir nazirliyin hansısa hipotetik “xidmətlərinə” elmə ayrılan büdcədən 10 dəfə artıq vəsait ayrılır, camaat asqıranda İrana, öskürəndə Türkiyəyə, zənginlər isə Almaniya və İsrailə üz tutur, amma nəticə etibarilə orta statistik obıvatel koronavirusun dərmanınını akademik elmlə məşğul olanlardan gözləyir. Əcəb işdir, burda deyiblər e, nəynən, Alış?!
    Yenə də ... ötən il beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi ilə bağlı xərclər dövlətin cibindən hələ kağız üstündə 75.000.000,0 manatı silib-süpürmüşdüsə, bu il qonaq-qaramızın daha çox olacağı planlaşdırıldığından həmin vəsait artaraq elmin büdcəsinə “dədəboyu” verib.
    Bir daha ... Bakıda, Sumqayıtda, Gəncədə ən kapital tutumlu tikinti layihələri hündürmərtəbəli binalardır ki, onları da xüsusi biznes – sahibkarlar inşa edirlər. Paytaxtda son illər dövlət hesabına bircə dənə də olsun orta yaxud ali məktəb binası, uşaq bağçası, kitabxana, kinoteatr və s. tikilməyibsə, cari ilin büdcəsində nəzərdə tutulmuş dev rəqəm – tikinti və şəhərsalma işləri üçün 4. 910. 561. 800,0 manatlıq bir vəsait hara xərclənəcək? Səki daşlarına, bir yola beş dəfə asfalt vurulmasına, “yar gələn” küçələrə su səpilməsinəmi?
    O başqa məsələdir ki, bunu elmi ictimaiyyət də yaxşı bilir, inkişaf etmiş, başı çiyninin üstündə “bitən” ölkələrdə elmə ən böyük və karlı maliyyə inyeksiyasını dövlət deyil, xüsusi kapital, iri şirkətlər, sahibkarlar edir. Və həmin rəqəm, bir qayda olaraq, büdcə rəqəmini bir neçə dəfə üstələyir. Əfsuslar olsun ki, belə bir normal satisfaksiya Azərbaycan nümunəsində irrealdır.
    YUNESKO-nun dünya elminin inkişafı ilə bağlı Parisdə təqdim olunmuş yeni məruzəsində (UNESCO Science Report: towards 2030) göstərilir ki, dünyada elmə ayrılan vəsait və yerinə yetirilən işlərin həcmi sürətlə və sabit olaraq artır. Bu cür məruzələr dünyanın iqtisadi mənzərəsindəki aparıcı tendensiya və prioritetləri daha düzgün qiymətləndirmək üçün beş ildən bir təqdim olunur. Əsas paradiqma ondan ibarətdir ki, artıq dünya dövlətlərinin böyük əksəriyyəti iqtisadiyyatın inkişafını təmin edən əsas faktorun ELM olduğunu dərk edir. Statistikaya əsasən, təkcə elə 2007-20013-cü illərdə dünyada elm xərcləri 30,7 faiz artaraq qlobal ÜDM artımını 20 faizlik bir göstərici ilə üstələmişdir. Son iki-üç onillikdə elmin meqatrend qismində Qərbdən Şərq yarımkürəsinə doğru sürüşməsi və Cənub-Şərqi Asiyanın iqtisadi intibahında əsas “drayver”lərdən birinə çevrilməsi də diqqətçəkəcək faktdır.
    Heç də təsadüfi deyildir ki, alıcılıq qabiliyyətinə paritetdə elmi-tədqiqat işlərinə daxili xərclərin reytinq siyahısına ABŞ, Çin və Yaponiyadan ibarət üçlük müvafiq olaraq 511 mlrd, 451,2 mlrd. və 168,6 mlrd. dollar sərmayə ilə başçılıq edirlər. Şimal qonşumuz Rusiya bu cədvəldə Almaniya, Fransa, İsrail, Çənubi Koreya, İsveçrə və İsveç kimi ölkələrdən kifayət qədər geridə qalsa da, MDB miqyasında 39,9 milyard dollarlıq göstərici ilə birincidir. Eyni zamanda, Rusiya hökuməti “Elm” Milli proqramı çərçivəsində 2024-cü ilədək elmi-tədqiqatlara 1 trilyon rubl xərclənəcəyini bəyan etmişdir. Bizdə isə eyni səxavət boxçası Avropa oyunları, İslam oyunları, “Formula” kimi büdcəyə bircə quruş belə mənfəət gətirməyən layihələrə açılır.

    Bazarkomun professor elçisi

    Kim nə deyir desin, Anar böyük yazıçıdır. Həm də çox istedadlı dramaturqdur. Təkcə elə “Evləri köndələn yar”ı nəyə desən dəyər. Az qala hər cümləsi, dialoqu, replikası el arasında “ağız ədəbiyyatı”na çevrilib.
    Pyesdə elçilik səhnəsi yadınızdadır da... - “Bu da bizim ailənin professoru!”
    Bilmirəm, iqtisadçılar bunu necə izah edirlər, amma bizdə hər bir “işəgötürülən”in cəmiyyətdə faydalıq göstəricisini müəyyənləşdirən indikatorlardan biri, bəlkə də ən önəmlisi adamın aldığı maaşın miqdarıdır. Bəli, məhz məvacib fərdin bazar və yaşam münasibətlərini tənzimləyən maliyyə aləti olmaqdan savayı, bir də adamın ictimai çəkisini, ölkə üçün, dövlət üçün “yararlılıq indeksini” müəyyənləşdirir.
    Bəli, lap böyük Sabirin söylədiyi kimi, “İnsanı insan eliyən parədir”.
    Gəlin, müqayisə aparaq: məktəbdə şagirdə savad verən müəllim, hər birimizin sağlamlığının “keşiyində dayanan” həkim nə qədər maaş alır? – “İtaparan!”
    Yaxşı deyək ki, onların bir qismi “repetitor”luqla məşğul olur, “çak-çuku” var, xəstəxanalar “Sədərək” bazarına çevrilib.
    Məmur, hakim, prokuror, hüquq-mühafizə orqanı işçiləri barədə danışmağına dəyməz; bəlkə də maaş kartlarının harada olduğunu belə unudublar.
    Bəs ömür-gününü elmə həsr eləmiş, beynindən və qələmindən savayı heç nəyə gümanı gəlməyən alim necə? – Professor dörd-beş yüz manat alır... yəni, məvacib! İnandırıcıdırmı?
    Rusiyada – 2019-cu ilin mart-iyun aylarında orta hesabla 850-1200 doll., Gürcüstanda ... Ermənistanda 405 doll., “inkişafının analoqu olmayan” Azərbaycanda təxminən 300 dollar!
    Bizdə məzluma köməkdən söhbət düşəndə Qərb standartlarını xatırlatmağı xoşlayırlar.
    Neynək, gəlin müqayisə edək: ABŞ-da elmi-tədqiqat institutunun adi laborantı 3 min doll., elmi işçi 4 min doll., professor 12 min dollaradək; Kanadada 9,485 doll.; İsveçrədə 8000 evro; İtaliyada 9,118 doll.; Cənubi Afrikada 9,330 doll.; Səudiyyə Ərəbistanında 8,524 doll.; Böyük Britaniyada 8,369 doll.; Malayziyada 7,864 doll.; Avstraliyada 7,499 doll.; Hindistanda 7,433 doll. məvacib alır. Almaniyada sıravi elmi işçinin maaşı 3.5-4.5 min evrodurr. Allahın Polşasında universitet professorunun aylıq məvacibi 2.5 min evrodan aşağı deyil.
    Unutmayaq ki, xaricdə fundamental elmlər sahəsində çalışan alimlər müxtəlif qrand layihələrindən on minlərlə dollar əlavə qonorar ala bilirlər.
    Bizdə isə alim ailəsini pis-yaxşı dolandırmaq üçün iki-üç yerdə dərs deyir, o da alınsa, “taksovatdıq” eliyir, bazarda “polka” işlədir, hörgü qoyur, soğan əkir...
    Bizdə elmi deyil, elmi adı sevirlər; dəbdəbəli avtomobil kimi, şıq libas kimi, qəşəng məşuqə kimi...!
    Xalxın uşağı, məsəlçün, İlon Mask raket düzəldir, ucuna da maşınını pərçim eliyib göndərir kosmosa elmi “ezamiyyətə”. Bizdən olmayan milyonerlərsə zürriyyətlərinə milyonluq avtomobil, Dubayda, Fransada, Londonda nə bilim daha hansı cəhənnəmdə dəyəri on milyonlarla ölçülən malikanələr alırlar. Xeyr, başqasının pulunu saymırıq, öz pulumuzu sayırıq. Çünki Azərbaycandan çıxarılan milyonlar qəpiyinəcən bu xalqa məxsusdur.

    Aliminə qəpik, idmançısına milyon sayan məmləkət

    Bəli, idman salonlarında Azərbaycanın bayrağının dalğalanması, himninin oxunması həmişə qürurvericidir, köksümüzü qabardır, izzəti-nəfsimizi oxşayır. Bir çempionun yetişdirilməsi idmanın kütləviliyinin təbliği üçün ən inandırıcı “əyani vəsait”dir.
    Bəli, bilirik ki, sağlam bədəndə sağlam da ruh olar. Ancaq bədən də tək əzələlər düyünündən ibarət deyil, onu idarə edən, fərqlənməyə stimullaşdıran, iradəsini qələbə üçün səfərbər edən də beyindir, ağıldır. İstənilən qələbə yalnız ağlın gücünə söykənəndə sabitqədəm olur.
    ... O ölkələrdə ki, insan gündəlik yaşam uğrunda mücadilə verir, elm dövlətin “siyahısı”nda axırdan birinci-ikinci dərəcəli məsələlər qrafasına keçir.
    Son onillkillərin iqtisdi inkişaf fenomeni və modeli sayılan ölkələrə nəzər salaq; Dubay, Sinqapur, Qətər... istər tikinti-quruculuq işlərinin vüsəti, istər ümumi inkişaf dinamikası, ümumi daxili məhsul istehsalı, adambaşına düşən ÜDM və milli gəlir, habelə digər magistral parametrlər üzrə “analoqu olmayan” Azərbaycanı çox-çox geridə qoyublar. Niyə? Çünki həmin ölkələrdə bacarıqlı, savadlı, CV-də gözə soxmaq xatirinə deyil,həqiqətən də nüfuzlu ali məktəblərdə təhsil almış idarəçilər komandası işləyir və onlar bütün qərarlarını elmi şəkildə təsdiqini tapmış, uğur və perspektiv vəd edən “alqoritmlər” əsasında verirlər. İstənilən inkişafın, uğurun, qələbənin, hətta idmanda belə, düsturu qolun deyil, beynin, ağlın güc əzələləri ilə həll olunur.
    Azərbaycanda idmanın kütləviliyinə nail olunub, mərəkəyə çıxarılası uğurlar da az deyil. Lakin həmin uğurları qiymətləndirərkən hökumət “öz yorğanına” baxmır, ayağını inkişaf etmiş, G7, G20 təsnifatına daxil olan qüdrətli dövlətlərin “yorğanından” da beş-on metr bayıra uzadır.
    Təsəvvür edin ki, dünya mətbuatında ismi əksər vaxt “vayqanlı” məsələlərdə hallanan Azərbaycanın adı 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunları vaxtı çempionlara ən yüksək qonorar vəd etmiş ölkə kimi keçirdi.
    2008 - ci ildə Pekində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında idmançılarımız 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı. Ancaq Azərbaycanın verdiyi qonorar özündən deyən çox ölkənin “qanını dondurdu”. Eyni səxavətin London olimpiadası sonrası da şahidi olduq – 600 min manat , yəni o vaxtı kursla 750 min dollar! Təsəvvür edirsinizmi bu nə deməkdir?! Kimisi bu cür səxavətmi deyək, görməmişlikmi adlandıraq, jestə sadəcə güldü, kimisinin “qamburger”i boğazında qaldı.
    Hələ bunun üstünə idmançılara onların təmsil etdiyi federasiyalar tərəfindən verilmiş pul mükafatını, bəzi şirkətlərin mənzil, avtomobil baratlarını da əlavə edəndə nəinki sıradan alimin, professorun, akademikin, hətta Harvard, Yel, Massaçusets universitetlərinin, dünyanın tanınmış alimlərinin gözlərini hədəqəsindən çıxmağa vadar edə biləcək astronomik məbləğ alınır.

    Bilin, tanıyın, biz buyuq!

    Biz dünyanın taleyinin asılı olduğu elmə qəpik-quruş, idmançıyasa milyonlar səpələyən, özünü dünyada biliklə deyil, təpiklə tanıtmağa üstünlük verən məmləkətik!
    Rio olimpiadasının iştirakçı ölkələrinin çempionlara ayırdığı mükafatın məbləği ilə tanış olmaq istərdinizmi? Buyurun! Həmin günlərdə "Amerikanın Səsi"nin dərc etdiyi cədvələ əsasən, Azərbaycan siyahıda fəxri yerdə idi – 510 min dollar (dövlət başçısının bəyan etdiyi rəsmi rəqəm 400 min manat idi – !). Sinqapur öz çempionuna 746 min, İndoneziya 382 min, Tailand 314 min, Qazaxıstan 250 min, Fransa 65 min, Rusiya 60 min, Çin 31 min, ABŞ 25 min, Almaniya 19 min, Britaniya isə “record” – 0 dollar vəd etmişdi.
    Bu yerdə Azərbaycanımız üçün Mayakovskinin məşhur misraları yada düşür: - Alın … a! Yana-yana qalın …a!”
    Ancaq kiçicik bir “əmma” ilə!
    Azərbaycan mükafat büdcəsinə görə Şərqi Asiya pələngləri – Sinqapur, İndoneziya və Tailandın da daxil olduğu liderlər qrupunun “autsayder”i idi. Bəs bu ölkələr kimdir, yaxud nəçidir?
    Sinqapur – ÜDM 585,055 mlrd doll., adambaşına düşən ÜDM 64.041 (dünyada 7-ci), adambaşına ümumi milli gəlir 905.700 doll. (dünyada 9-cu).
    İndoneziya – ÜDM 895 mlrd doll.; Tailand – ÜDM 1 trilyon 236 mlrd doll., adambaşına düşən ÜDM 17.900 dollar.
    ... Və Azərbaycan – ÜDM 57 mlrd doll., adambaşına düşən ÜDM 4569 dollar.
    Bu siyahıda ölkəmiz Qazaxıstan (71), Türkmənistan (78), Qvineya, Qabon, Ekvador, Qvatemala kimi ölkələrdən sonra 103-cü yerdə qərar tutub.
    Ancaq nə qəm?! Ətrafa pul saçmaqda, forslanmaqda ki, öndəyik!
    Hərdən küsüb-inciyib “boykot” elədiyimiz Avropa ilə müqayisə də maraqlı olardı deyə bəzi ölkələrin iqtisadi gücünü və olimpiya birincilərinə ayırdığı mükafatın məbləğini təqdim edirik: Polşa – ÜDM 586 mlrd doll., adambaşına düşən ÜDM 15.431 doll, mükafat 50 min avro; Avstriya – müvafiq olaraq 456 mlrd doll. 51.509 doll., 17 min avro; Almaniya – 3 trilyon 997 mlrd doll., 48.264 doll., 20 min avro; Niderland – 914 mlrd doll, 53.106 doll., 25.500 avro.
    Ən maraqlı faktsa ondan ibarətdir ki, Skandinaviya nəhəngləri sayılan İsveç (ÜDM 551 mlrd doll., adambaşına düşən ÜDM 53.873 doll.) və Norveç (ÜDM 435 mlrd doll., adambaşına düşən ÜDM 81.695 doll.), habelə Böyük Britaniya olimpiya çempionluğunu “şərəf işi” sayaraq (bizim idmançıların gözündən iraq - !) idmançılara bircə “kron” yaxud “funt” belə vermirlər.
    Yaddaşlarda möhtəşəm açılış və qapanış səhnələri qalan 2015-ci il I Avropa oyunlarının estafetini nəhayət ki, 2019-cu ildə Belarus qəbul etdi. Azərbaycan I yeri tutmuş hər bir idmançıya 150 min, II yerə sahib çıxanlara 80 min, bürünc mükafatçılara isə 50 min manat ödədi. Beləliklə, 28 medala görə 3,3 milyon manat mükafat.

    Hasil olan “fəlsəfə”

    Vaxtilə olimpiya çempionuna 870 min dollar vəd edən Sinqapur indi həmin rəqəmi 50 minə endirib. Vur -tut 725.7 kv km ərazisi və 6 milyon nəfərə yaxın əhalisi olan bu ölkənin olimpiya çempionu yoxdur. Lakin belə bir “itki” onu heç vəchlə müsbət mənada “analoqu olmayan ölkələr” cərgəsindən çıxarmır.
    Gedib İngiltərənin ən aparıcı futbol klublarını “optovoy”, “brutto”su qarışıq alan ərəb şeyxi, yaxud həmin o Sinqapur, Qətər, Bruney, Lüksemburq, ABŞ, Çin olimpiya ümidi verən ayrı-ayrı idmançıları pulla şirnikləndirib öz ölkəsinə cəlb edə bilməzmi? Bilər də, edər də! Hamısı, bizimkilər qarışıq, yüyürə-yüyürə gedər. Etmir!
    Çünki onun üçün əsas prioritet ölkəsini, xalqını, millətini firavan, rifah içində yaşatdıra biləcək fəaliyyət sahələrinin inkişafının qayğısına qalmaqdır.
    Son illərin Azərbaycanına nəzər salaq – vaxtilə zarafatla da olsa özümüzə “şair xalq” adı vermişdik. İndi isə daha təhlükəli pandemiyaya yoluxmuşuq. Yox-yox, söhbət koronavirusdan getmir. İmkan versək, bu gün-sabah dəf olub gedəcək o şoqərib. Qalan isə yetişməkdə olan nəslin intəhasız idman və şou sevgisidir.
    Təbii ki, biz böyük idman və sənət sevgisini yalnız alqışlayırıq. Baxmayaraq ki, bu heyranlıq bizdə şıq həyat tərzinə, tox yaşayışa “qızıl açar” assosiasiyası yaradır.
    Bəli, hər qəbuldan sonra ali məktəb auditoriyaları boş qalmır. Lakin bitirəndən sona neçə nəfər həqiqi elmlə məşğul olmağa üstünlük verir?
    Tək-tük, adda-budda! Səbəbini söyləyək? Çox sadədir!
    Adam fikirləşir ki, cavan canını laboratoriyalarda çürüdüb ayda 200 manat alınca, gedib tuman-köynək satar, “toy oxuyar” və bir professorun bir ildə dövlətdən qazandığını üç-beş günə qazanar.
    Yaxud həndəsi proqressiya ilə götürək; beş akademikin, on “çlenkor”un, 15 professorun gözünü tökə-tökə bir ildə işləyib qazandığını hansısa idman yarışında üç-beş dəqiqə “şillə-təpik” atmaqla əldə etmək mümkündürsə, bu elm deyilən sahədə kimin nə “iti azıb”?!
    Hər idman yarışından sonra ölkə başçısına xoş gəlsin deyə çempiona pul, ev, avtomobil bağışlayan iri məmurların, sahibkarların növbəsi az qala Hövsanda başlayıb Bayılda bitir.
    Bu məmləkətdə çox yox, bircə kişi barmağını qatlaya bilərmi ki, indiyədək neçə alimə dəstək verib, neçə alimi yeni tapıntılara təşviq edib?
    Bəlkə ölkənin hansısa iri məmuru yaxud iri sahibkar (zatən, bizdə iri məmur və iri sahibkar kəlmələri sinonim kimi səslənir - !) fundamental axtarışlarla məşğul olan bir alimi çağırıb barmağına “yod” sürtüb, məşuqələrinə bağışladığı evlərdən, maşınlardan hədiyyə edib?!
    Xeyr, bizimkilər o cür ürək sahibi deyillər!
    Təptəzə bir misal; bunu da deyib nöqtəni qoyuram.
    Ölkədə koronavirusla mübarizə ilə bağlı ictimai fond yaradılıb. İdeya fəna deyil; bizim millət evində uşaqları acından qussa belə “elnən gələn bəlaya” son tikəsini əta edəndir. Sosial şəbəkələrdə bir-iki rəqəm diqqətimi cəlb elədi. Deməli, bu günlərdə prezidentin əfvinə “məzhar” olan Akif Çovdarovun bircə dəfə “gözünü ağartması” ilə neçə ildən bəri “işləyib qazandığı” üç milyon dolları (- ?!) tıpış-tıpış, burcudub eləmədən aparıb təslim edən birisi həmin fonda beşcə min manat (yəni üç min dollar - !) köçürmüşdü.
    Başqa bir misal. Paytaxt rayonlarından birinin yırtıcı tamahına görə “canavar” ləqəbli başçısı tanıdığım birindən qarajına sənəd üçün 20 min manat (o vaxtkı məzənnə ilə 25 min dollar - !) aldığı halda, fonda üç min manat vermişdi.
    Bu arada özbək iş adamı Alişer Usmanov öz ölkəsinə eyni məqsədlə 20 milyon dollar bağışladı.
    Heç şübhəsiz, xeyriyyəçilik, altruizm, filantropluq ... kimi nəcib keyfiyyətlər bizlərlik deyil!
    Vallah və tillah, həyat göstərir ki, bu dünyaya, bu millətə, Azərbaycana təpikdən çox bilik lazımdır!
    Qorxu, təzyiq, zopa, həbs, ayrı-seçkilik, korrupsiya, saxtakarlıq deyil, qayğı, qanunçuluq, haqq-ədalət, həmrəylik, xoş sima, rifah ... lazımdır!
    Siz necə düşünürsünüz?

    Oxunub: 738
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      31-07-2025
      21:00 | "İŞ ALINSAYDI FƏRHAD ƏHMƏDOVDAN 2 MİLYON ALACAQDIM"- DTX-nin saxladığı Anass Derraz
      20:30 | DEPUTATIN “DADLI BİZNESİ”- Şahin İsmayılov Bakının mərkəzində kafe şəbəkəsini genişləndirir
      20:25 | Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!
      17:00 | Rusiya KİV-lərində Azərbaycana qarşı KÜTLƏVİ TƏXRİBAT - FOTOLAR
      16:30 | Erməni ruhani QAREGİNƏ qarşı QİYAMA QAIXDI: “ÜÇ ARVADI VAR” - Sensasion çıxış
      16:25 | Bu ölkədə öldürücü isti hava qeydə alındı
      15:15 | Rusiyanın Kiyevə PUA hücumu nəticəsində 8 nəfər öldü, 124 yaralı var -  Yeniləndi - Video/Foto
      15:00 | Saxta bank profilləri ilə 78 min ələ keçirən Türkiyə vətəndaşı tutulub
      14:50 | Xankəndidə qanunsuz abidə sökülüb -  Sülhməramlılar tərəfindən ucaldılıbmış...
      14:15 | “DEYİN Kİ, ÇOX TƏHLÜKƏLİ ƏRAZİLƏRƏ GİRİR...”- Tramp Medvedevə sərt dillə xəbərdarlıq edib
      14:00 | Ermənistandan Zəngəzur dəhlizinə YAŞIL İŞIQ işarəsi
      13:50 | Səfir Türkiyə-Ermənistan sərhədinin hansı halda açılacağını açıqlayıb
      13:45 | Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?- TƏFƏRRÜAT
      13:40 | Ukraynadan Çasov Yarla bağlı açıqlama: Şəhər işğal edilməyib
      13:30 | Hava PROQNOZU: Sabah 41 dərəcə isti olacaq
      13:15 | Dəhşətli zəlzələnin olduğu bölgədə 2500 azərbaycanlı var - AÇIQLAMA
      13:00 | Kremldən Azərbaycana və Ermənistana NATO xəbərdarlığı - “Əslində, regionu alovlandıran Rusiyadır”
      12:55 | Rusiya Kiyevi VURDU - Ölənlər və yaralananlar var 
      12:45 | İmamoğlu olmazsa, mən də namizəd deyiləm - Özel
      12:40 | “Rusiyanın AZƏRBAYCANA TƏSİR RIÇAQLARI MƏHDUDDUR”- “Qarşıdurma yumşaq fazaya keçir”
      12:30 | İsti hava ilə bağlı işəgötürənlərə XƏBƏRDARLIQ - Dövlət Əmək Müfəttişliyi
      12:00 | İş kabinetindən narazı olan Rövnəq Abdullayev - Biznes imperiyasının çöküşü, yoxsa...
      11:55 | DİN və DSX əməliyyat keçirdi -  Axtarışda olan şəxs saxlanıldı
      11:50 | İran nüvə obyektlərinə vurduğu zərərə görə ABŞ-dan təzminat istəyir
      11:40 | “RUSİYA SSRİ-nin TALEYİNİ TƏKRARLAYIR”- “Kreml mediasının İlham Əlievin çıxışına reaksiyası göstərdi ki...”
      11:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -   SİYAHI
      11:10 | ABŞ 2018-dən bəri İrana qarşı ən genişmiqyaslı sanksiyaları tətbiq etdi
      11:00 | Biz İsrail üçün silahlarımızı yerə qoymayacağıq - Hizbullah
      10:55 | Qərar imzalandı, bu şəxslər 5 il tez pensiyaya çıxacaqlar -  "Keyfiyyət meyarları nəzərə alınmalıdır”
      00:45 | ABŞ-dan İrana SARSIDICI ZƏRBƏ - Son 6 ilin ən böyük SANKSİYA DALĞASI!
      00:40 | Rusiyalı deputatdan sensasiya:  “Azərbaycana hərbi müdaxilə…”
      00:35 | Vanqadan 2025-ci il üçün ən sensasiyalı PROQNOZ: Onun mahiyyəti nədir...
      00:30 | Ərəb ölkələri ilk dəfə HƏMAS-ı Qəzzada hakimiyyətdən imtina etməyə çağırdı
      00:25 | Telegram-da yeni qlobal axtarış funksiyası istifadəyə verilib
      00:20 | Miras üstündə bir oğlunu ÖLDÜRDÜ, digərini yaraladı - ŞOK GÖRÜNTÜ
      00:15 | Fransadan sonra bu ölkə də Fələstin dövlətini tanıyacaq
      00:10 | Bu məsuliyyəti üzərimizə götürməyə hazırıq - Ərdoğan
      00:05 | MOSSAD İran generalını Tehranda güllələyərək öldürübmüş - YENİ DETALLAR
      00:00 | İrəvan Zəngəzur dəhlizinin adını dəyişdirdi - “Sünik qapısı”
      30-07-2025
      22:30 | İlin əvvəlindən indiyədək 41 bağça müdiri işdən çıxarılıb
      22:23 | 42 milyon yeyintidə təqsirləndirilən "Şlyapa Zahid"ə hökm oxundu - 12 il iş verildi
      22:15 | Sabah Bakıda İsrail və Suriya rəsmilərinin görüşü olacaq
      22:10 | Çempionlar Liqası:  "Qarabağ" qalib gəldi və növbəti mərhələyə adladı
      19:03 | Gəncə Memorial Kompleksinə 10 milyon ayrıldı - Sərəncam
      19:00 | Gürcüstan 36 xarici vətəndaşı deportasiya etdi - Aralarında azərbaycanlı da var
      18:05 | Rusiyalı deputatdan ABSURD TƏKLİF:  “Mixail Qusman dövlət təltiflərindən məhrum edilməlidir”
      18:00 | Türkiyədə təhlükəli Çikunqunya virusu yayılır
      16:15 | “10 GÜN DƏ ÇOXDUR”- Ağ Evin mövqeyi daha da sərtləşir
      16:10 | Almaniya silahlanmaya milyardlar ayırır - Müdafiə büdcəsi rekord həddə çatır
      16:00 | Məhkəmə Qabil Məmmədova 16 il azadlıqdan məhrumetmə hökmü çıxarıb - QİYABİ
      15:55 | Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq pozuntu aşkarlanıb
      15:50 | “Baku Electronics” və “ABC Telecom” istehlakçılara yalan məlumatlar verib -  İş qaldırıldı
      15:00 | “O, ÜÇ AMİLƏ GÖRƏ SÜLHDƏN İMTİNA EDİR”- “Tramp əlverişli sülh təklif edir, Putin razılaşmır”
      14:51 | Azərbaycanda yaşı 100 və daha yuxarı olan pensiyaçıların sayı açıqlanıb
      14:45 | Eyni fəlakət 73 il sonra da baş verə bilər! Fövqəladə vəziyyət elan edildi
      14:35 | Borucerdi yenə “Azərbaycan” yox, “Bakı” dedi və... hələ də İsrailin pozduğu "qırmızı xətt"dən dəm vurur
      14:25 | Məhkəmə Şahin Şıxlinskinin oğlu barədə qərar verib: Həbs-qətimkan tədbiri...
      14:00 | "AZAL-ın TƏYYARƏSİNİ BİZ VURMUŞUQ..." - Rusiyalı politoloqdan ETİRAF
      13:55 | Hava proqnozu: Sabah 41 dərəcə isti olacaq
      13:50 | Sərdar Cəlaloğlunu həmkəndlisi məhkəməyə verdi
      13:30 | Gürcüstan bu sahədə də lider oldu, Azərbaycan isə... /FOTO
      13:20 | Rusiya DİN Şahin Şıxlinskini axtarışa verdi - FOTO
      13:15 | Rusiya Ermənistana BU SİLAHLARI DAŞIYIR - Azərbaycan HAZIRLIQ İÇİNDƏ
      13:00 | "Arvadımla qızımı təhdid edirlər"- Özeldən özəl AÇIQLAMA
      12:45 | Ukrayna Pokrovsku itirməyə yaxındır - Rus ordusu bir neçə istiqamətdə irəliləyib
      12:40 | Paşinyan Rusiya ilə "barışdı"- İxrac kəskin artıb
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | "BUNLARI VİDEO İLƏ QEYDƏ ALIN..."-  Sabiq nazir Rusiyadakı soydaşlarımıza səsləndi
      12:15 | Xəlilovların “Hilton Baku” otelində 0,75 litr “Sirab” üçün turistlərdən 11 manat alınıb - FOTO
      12:00 | Xaricdə təhsil alan 46 nəfərin DİPLOMU TANINMADI
      11:55 | İmtahan qaydalarını pozan abituriyentlər istintaqa cəlb edilib - RƏSMİ
      11:45 | İsrail atəşkəsi rədd edərsə, sentyabrda Fələstini tanıyacağıq - Starmer
      11:30 | TƏLTİFLƏR, TƏBRİKLƏR və daha nələr var, amma... BÜTÖVLÜKDƏ MƏTBUAT ÖZÜ YOXDUR
      11:10 | Bakıda evlərdə sakinlər yaşadığı halda söküntü işləri aparılır - VİDEO
      11:00 | Rusiyada 8,7 maqnitudalı zəlzələ - VİDEO
      00:30 | İran nəşrinin iddiası: “Zəngəzur: Qafqazı dağıdacaq dəhliz. Bu qanunsuz marşrut...”
      00:25 | Azərbaycanda hostellərə kamera quraşdırılacaq
      00:20 | BİR İYNƏ BİR MİLYON AVROYA: Nadir xəstəliklər üçün dərmanlar niyə bu qədər bahadır?
      00:15 | “Putin mənə təkliflərlə gəlməli idi, amma o bunu etmədi”- Tramp
      00:10 | İsrail Qəzzada əməliyyatları davam etdirərsə... Britaniya Fələstin dövlətini tanıyacaq
      00:05 | "Gündəlik Bakı" qəzetinin həbsdə olan baş redaktorunun cəzası azaldılıb
      00:00 | Rus agentləri Zəngəzur dəhlizinə qarşı - Erməni deputatdan maraqlı paylaşım
      29-07-2025
      20:00 | “PUTİN HƏM DƏ ÖZ XALQININ QƏSSABIDIR”- “O, dil açmazdan əvvəl yalan danışmağı öyrənib”
      18:00 | İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri həbs olundu
      17:45 | Tehran Zəngəzurla bağlı Putin və Ərdoğana xəbər göndərib
      17:15 | ABŞ Rusiyadan bu adanı 15 milyarda almaq istədi - Sərt cavab: "Bizdə Vətəni satmaq..."
      17:10 | Azərbaycanda bu məhsullar kəskin bahalaşdı
      15:15 | Həmkarlar İttifaqının “ONLAYN FIRILDAĞI”: Görün İNSANLARI NECƏ ALDADIRLAR - FOTO
      15:05 | İsrailin yeni səfiri bu gün Bakıya gələcək
      14:55 | Vəzifələr şəxsi nüfuza görə verilir, yoxsa?..- Azərbaycanda struktur problemi
      14:45 | “Erməni gəncliyi nə iqtidara, nə də müxalifətə inanır”-  “Bu, üçüncü qüvvə üçün fürsətdir”
      14:40 | Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ - Bakıda rekord dərəcədə isti olacaq
      14:30 | “GECƏLƏR YATA BİMİRƏM...”- Simonyan “göz yaşı tökür”, Solovyov isə.../VİDEO
      14:25 | Azərbaycan Boks Federasiyası Serbiyadakı qalmaqalla bağlı bəyanat yaydı
      14:15 | "MOSSAD"ın İrandakı gizli əməliyyatından "məxfi" qrifi götürüldü - İlginc faktlar AÇIQLANDI
      14:00 | Tarif Şurası qiymətləri artıracaq - İDDİA
      13:50 | Panfarsistlər prezident Pezeşkianı təhqir etdilər - Karikatura...
      13:30 | “Hökumət bizi AQTA-ya TAPŞIRSIN, RUSİYA İLƏ ÖZÜMÜZ BACARARIQ”- Fermer AQTA-nın əlindən dad eləyir
      13:20 | CHP liderindən sərt açıqlama: "Birinci olmazsaq, siyasətdən gedəcəm"
      13:00 | Rusiya xaricə benzin satışına qadağa qoydu -  Azərbaycana necə təsir edə bilər?
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.