Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • 4,5 milyon ton taxıl Ukrayna limanlarında qalıb
  • Antalyada nəticəsiz görüş: ruslar masanı dəyişmək istəmir
  • Zelenski Kremlə MESAJ VERDİ: Bu güzəştlərə niyə gedir?
  • Qərb tərəddüd edir: Zelenski Ərdoğana üz tutdu
  • Qarabağa sülhməramlıların yerinə "Mehmetciklər" gətirilir? - Rusiya razılığa gəlir...
  • Qarabağdan Suriyaya qədər... - Ankara və Moskva oyunu dəyişdirir

    • Tarix: 9-06-2022, 10:43


    Ukrayna, Suriya, Finlandiya+İsveç, Cənubi Qafqaz: Türkiyə-Rusiya masasında 4 gündəm var. Tərəflər iki məsələdə uzlaşır, iki məsələyə “barter” prinsipi ilə yanaşırlar:

    a) Moskva Ankaranın vasitəçiliyi ilə “taxıl dəhlizi” üzərindən istəklərinə nail olmağı planlaşdırır: Qərb sanksiyalarının ən azı yumşaldılması və Ukraynanın yenidən “İstanbul danışıqlarına” gəlişi;
    - Ərzaq böhranı fonunda Ankaranın vasitəçiliyinin Qərbin də istəyinə uyğun olduğu istisna deyil və proseslər sanksiyalar məsələsində müəyyən qədər də olsa, geri addım atılacağı ehtimalını gücləndirir;

    - Rusiya Ukrayna ilə Qərbin iştirakı olmadan masaya əyləşmək istəyir və Ankara ən münasib platformadır, hansı ki, Kiyev də maraqlarının nəzərə alınması baxımından Türkiyə masasını dəyərləndirir və “taxıl böhranı” hadisələrin bu məcrada inkişafına zəmin yarada bilər;

    b) Ankara Suriyada növbəti əməliyyatı üçün bölgədə Rusiya üzərindən zəmini formalaşdırır: Moskva Ukrayna müharibəsinə görə Suriyada fəaliyyətini müəyyən qədər daraldır, əvəzində İranla Türkiyənin aktivləşməsi gedişi edir;

    1. Ukrayna cəbhəsini gücləndirməyə paralel olaraq, Suriyada ABŞ-a qarşı Ankara və Tehranın önünü açır: Astana formatının “dirildilməsi” də buna hesablanıb;

    2. Əsəd rejimi üzərindəki təsirini müvəqqəti İrana dövr etməklə həm Suriyada Türkiyəyə qarşı güc balansını tarazlayır, həm də Ukrayna cəbhəsində müharibə apardığı vaxt Əsədə görə Ankara ilə anlaşılmazlıq mövzularını azaldır; bununla Moskva Suriya məsələsində “tərəfdən” daha çox, “vasitəçi” rolunda çıxış etmək niyyətindədir və bu, müəyyən qədər “geri çəkilməyə” məcbur olduğu bölgədə mövqelərini qorumağa imkanı verir;

    Türkiyənin hədəfi yaranmış geosiyasi şərtlərdən istifadə edərək, cənub sərhədlərində - Suriyanın şimalında hələ də qalan PYD/YPG terrorçularını təmizləmək və 30 kilometrlik “təhlükəsiz zona” yaratmaqdır: bu, xüsusilə 2023-cü il seçkilərindən öncə daxili siyasət fonunda vacib olan suriyalı miqrant probleminin böyük ölçüdə həllinə imkan verəcək; PKK/PYD/YPG-nin təmizlənməsi istiqamətində yarım qalmış işini ən azı bir qədər də irəliyə apararaq, ABŞ-ın “tərəfdaş” hesab etdiyi terrorçuların güclənməsinin qarşısını alacaq, bununla Şimali İraqdan Aralıq dənizinə qədər uzanan zolaqda “hakim mövqeyini” möhkəmləndirəcək;

    Hər iki tərəfin bu proseslərdə öz maraqları olsa da, bu maraqların təmin edilməsi üçün bir-birinə ehtiyacı var və Türkiyə ilə Rusiya yaranmış vəziyyətdən qarşılıqlı olaraq yararlanmağa çalışır.

    Və uzlaşma nöqtəsi olan bu iki məsələ fonunda tərəflərin bir-birindən istədiyi iki məsələ də mövcuddur.

    Birincisi, Finlandiya+İsveçin NATO-ya üzvlüyüdür: Türkiyə PYD/YPG terrorçularına dəstək verən bu iki ölkənin ittifaqa üzvlüyünə haqlı olaraq qarşı çıxır və maraqlarının təmin edilməsi, həm də ABŞ-ın Suriya, ümumilikdə Yaxın Şərq siyasətinin dəyişməsi ilə nəticələnə biləcək şərtlər irəli sürür;

    Bu vəziyyət Rusiyanın maraqlarına uyğun gəlir:

    - NATO-nun genişlənməsinin qarşısı alınır;
    - Baltik dənizi və Arktikada Şimal Alyansının güclənməsi perspektivi dalana dirənir;
    - Ukrayna müharibəsinin davam etdiyi vaxt Ankaranın Finlandiya+İsveç məsələsində milli maraqlarına uyğun sərgilədiyi mövqe Moskvaya ən azı vaxt qazanmağa imkan verir;

    İkincisi, Cənubi Qafqazda postmünaqişə dövrünün gündəliyinin icrasıdır: Ankara Moskvanın üzləşdiyi geosiyasi dalandan bölgədə Türkiyə-Azərbaycan maraqlarının təmin edilməsi naminə istifadə etmək niyyətindədir;

    - Rusiya Avropa İttifaqı üzərindən ABŞ-ın bölgəyə müdaxiləsinə Türkiyənin akternativ kimi aktivləşməsini istəyir;
    - Türkiyə Cənubi Qafqazda müharibədən sonra gücləndirdiyi mövqeyinin Aİ-nin xeyrinə dəyişməsinə imkan vermir;


    44 günlük müharibədən sonra Rusiya və Türkiyə bölgənin siyasi mənzərəsini formalaşdıran tərəflər idi. Moskva tərəfindən “ofsayta” salınmış ABŞ və Fransa növbəli şəkildə bölgədə Türkiyənin Rusiya qarşısında əsas tərəf olduğunu de-fakto qəbul etdilər və bu, Ankaranın təkcə bu bölgədə yox, geosiyasi proseslərdə də əlini gücləndirən amillərdən idi. Daha sonra Avropa İttifaqının vasitəçiliyi önə çıxdı və bu, Bakı, həm də Moskvanın Brüsseldən Qərbdə “həmsədrlik missiyasına” qarşı alternativ kimi istifadə etmək planı ilə uzlaşırdı. Postmünaqişə reallıqlarının qəbul edilməsini istəyən Türkiyə də bu taktiki dəyişiklikdə maraqlı idi. Ukrayna müharibəsi Cənubi Qafqazda da kartları qarışdırdı. Brüssel və Moskva “ortaqlıqdan” qarşıdurma mərhələsinə keçdi. Brüsselin vasitəçiliyi Rusiyanın maraqlarına uyğun olmadığı kimi, Türkiyənin “əsas tərəf” roluna da zidiyyət təşkil edir, xüsusilə ABŞ-ın Ankaranı tərəf kimi qəbul etməsi mövqeyinin tədricən dəyişməsi və Aİ-yə rəhbərlik edən Fransanın önünün açılması fonunda.

    Ankara və Moskva Cənubi Qafqazda müharibədən sonrakı vəziyyəti (iki ölkənin həlledici rolunu) qaytarmağa çalışır:

    - Rusiya kommunikasiyanın açılmasını və “3+3” formatının qurulmasını (Gürcüstanın formata qoşulması sonraya saxlanıla bilər), bununla regiona regiondan olmayanların buraxılmaması şərtlərinin yetişməsini istəyir;
    - Bunu dəstəkləyən Türkiyənin üçtərəfli razılaşmaların icrası, həmçinin, digər mümkün istəkləri var:

    1. Erməni qoşunların çıxarılması – 10 noyabr razılaşmasının 4-cü bəndi;

    2. Kommunikasiyanın açılmasının 10 noyabr razılaşmasına uyğun icra edilməsi: Naxçıvana çıxış maneəsiz (dəhliz məntiqi) təmin olunsun; buna qarşı dəhlizinin eyni rejimlə işləyəcəyi şərtinin də masada olduğu istisna deyil;

    3. Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin aktivləşdirilməsi: bu, Ankaranın rolunun artırılmasına hesablanıb;

    4. Sərhədin delimitasiyası prosesində Türkiyənin aktiv iştirakı;

    Lavrov-Çavuşoğlu görüşündə bu məsələlər müzakirə olundu. Bu kontekstdə Lavrovun Ankara səfərindən öncə baş verənlər diqqət çəkir: Ərdoğanın Bakıda Əliyevlə görüşündən sonra Azərbaycan prezidenti Putinə zəng etdi və üçtərəfli razılaşmaların icrası müzakirə olundu; Lavrovdan öncə Bayramov Ankarada səfərdə idi və proseslərin inkişafı deməyə əsas verir ki, Çavuşoğlu ilə görüşdə detallar müzakirə edilib.

    Nəhayət, Lavrov üçtərəfli razılaşmaların icrasının ətraflı müzakirəsi üçün Ankaradan İrəvana uçdu: Rusiya Ermənistanın razılaşması üçün təzyiqlərini artıracaq;

    Və baş verənlərdə əsas məqam bütün hallarda Bakının maraqlarının təmin edilməsidir: yaranmış situasiya, xüsusilə Türkiyənin prosesə aktiv qoşulması Rusiyanın Qarabağda “erməni kartın”dan istifadəsi imkanlarını da zəiflədir.

    Görünən budur ki, regionda daşlar yenidən qarışır: yaxın dövrdə Rusiya ilə yanaşı ABŞ-ın həmlələri də olacaq və hər iki tərəfin həm Ankara, həm Bakıya ehtiyacının olması dəyişməyən reallıq olaraq qalır.

    Asif Nərimanlı

    Oxunub: 311
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.