Antalyada nəticəsiz görüş: ruslar masanı dəyişmək istəmir
Lavrovla Kulebanın Antalya görüşü nəticəsiz başa çatdı: açıqlamalar göstərir ki, Rusiya görüşə Türkiyənin təklifini geri çevirməmək, Ukrayna Belarusda qurulan masadan ayrılmaq üçün gəlib;
Moskva istəyir ki, Ukrayna Krım və Donbası tanısın, “neytral status”la razılaşsın;
Kiyev təklif edir ki, ABŞ, Fransa, Almaniya, Rusiya və Türkiyənin iştirakı ilə Ukraynanın təhlükəsizliyinə zəmanət verilsin, Krım və Donbası da müzakirə edə bilərlər;
Bu prosesdə müzakirələrin və razılaşmaların hansı masada olması önəmlidir:
- Türkiyə, yaxud Avropa masasında Ukrayna istədiyinə tam nail olmasa belə, razılaşmanın Putinin tələbləri çərçivəsində olmayacağı da məlumdur və Kiyev daha güclü olan üçüncü tərəfin vasitəçiliyilə zəmanət əldə edə bilər;
- Moskva özünün qurduğu Belarus masasında Kiyevin təslim olmasına çalışır: Lavrov buna görə bildirir ki, onlar Belarus platformasında danışmaq istəyirlər;
Belarusda üç nəticəsiz görüş keçirilib, növbəti raundun vaxtı bilinmir və görünən budur ki, Rusiya Ukraynanın Belarus masasında şərtləri qəbul etdirmək üçün hücumu davam etdirəcək.
Asif Nərimanlı