ABŞ-dan Azərbaycan qazı ilə bağlı ÖNƏMLİ AÇIQLAMA:
"Müzakirə gedir"
“Azərbaycan təbii qazının Avropa İttifaqı (Aİ) ölkələrinə daha böyük həcmdə tədarük ediləcəyinə inanırıq. Bu, Rusiya təbii qazından asılılığı azaltmağa kömək edəcək”.
Globall.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə deyib.
“Azərbaycanla təbii qaz tədarükünü necə yüksəltməyi, hətta daha yaxşısı, ikiqat artırmağı müzakirə edirik”, - səfir bildirib.
Diplomatın sözlərinə görə, günəş və hidrogen enerjisi daxil olmaqla, “yaşıl enerji” mənbələrinə diqqət yetirməyə dəyər.
“Bu məsələdə Azərbaycanın rolu çox önəmlidir”, - Ö.Litzenberger əlavə edib. (report)
Oxunub: 239
Xəbəri paylaş
Paylaş: