Şumaxerin oğlu Bakıda qəza törətdi
- FOTO
2022 Formula 1 Azəbaycan Qran Prisində ilk qəza halı qeydə alınıb.
Globall.az xəbər verir ki, qəzanı “Haas” komandasının pilotunu Mik Şumaxer edib.
Belə ki, M.Şumaxer idarəetməni itirərək bolidi bardurlara çırpıb. Onun bolidi trasdan uzaqlaşdırılıb.
Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.
Bu gün start götürən Formula 1 Azərbaycan Qran Prisi iyunun 12-dək davam edəcək.
Oxunub: 298
Xəbəri paylaş
Paylaş: