Ağsuda DƏHŞƏT: canavar çobanı parçaladı
Ağsuda canavar sakinlərdən birinə hücum edib.
Globall.az modern.az-a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında heyvanları otlaq sahəsindən evə gətirən zaman baş verib.
Yırtıcı heyvanın hücumuna məruz qalan rayon sakini Həsrət Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Ağsu sakinlərinin sözlərinə görə, bu ilk hücum deyil, daha əvvəl də rayon ərazisində canavar hücumları müşahidə edilib.
Elmar Hüseynov
Oxunub: 684
Xəbəri paylaş
Paylaş: