Çində həyat normal axarına qayıdır -
Milli Xalq Konqresinin toplantısı mayda keçiriləcək
Milli Xalq Konqresi Mərkəzi Komitəsi ölkənin fərqli bölgələrindən 3 min təmsilçinin mayın 22-də Pekinə toplaşması haqda qərar qəbul edib.
Mart ayında keçirilməli olan toplantı koronavirus səbəbindən qeyri-müəyyən vaxta qədər təxirə salınmışdı.
İndi Çində ali qurumun iclasının çağırılması ölkədə həyatın normal axara düşməsinin göstəricisi kimi anlaşılır.
Bu gün Çin Milli Səhiyyə Komitəsi son 24 saatda ölkədə 22 yeni yoluxma faktını qeydə aldığını bildirib. Yoluxmaların 21-i ölkə xaricindən gələnlərdə, biri isə yerli vətəndaşda təsbit edilib.
Oxunub: 400
Xəbəri paylaş
Paylaş: