Müharibə iştirakçısı özünü asdı

Sabirabadda intihar hadisəsi qeydə alınıb.
1986-cı il təvəllüdlü Maşallah Mənəfov rayonun Cavad kəndində özünü asıb. O, çöl sahədə yerləşən pay torpaq ərazilərindən birində özünü asaraq həyatına son qoyub.
M.Mənəfovun Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən işlə təmin olunmaması və maddi sıxıntılara görə intihar etdiyi bildirilir.
Qeyd edək ki, o, İkinci Qarabağ Müharibəsinin iştirakçısı olub. Sosial şəbəkələrdə M.Mənəfovun Sabirabad İcra Hakimiyyətinin qarşısında etiraz edərək intihar etdiyinə dair məlumatlar yayılmışdı.
Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, hazırda faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub: 477
Xəbəri paylaş
Paylaş: