ABŞ-da QANLI OLAY: Silahlı şəxs kilsədə insanları güllələdi
- FOTO
ABŞ-ın Alabama ştatında silahlı şəxs kilsədə insanlara silahla hücum edib. Nəticədə iki nəfər ölüb, bir nəfər yaralanıb.
Vestavia Hills polisi iyunun 16-da axşam Müqəddəs Stefan kilsəsində 3 nəfərin yaralandığını, onlardan birinin daha sonra öldüyünü təsdiqləyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şübhəli şəxs həbsdədir, onun hərəkətlərinin motivləri barədə məlumat verilmir.
Fevralın sonunda Kaliforniya ştatının Sakramento şəhərində kilsədə atışma zamanı bir neçə nəfər, o cümlədən uşaqlar ölüb. Atışmadan sonra hücum edən şəxs intihar edib. (oxu.az)
Oxunub: 287
Xəbəri paylaş
Paylaş: