Qaçqınların sayı iki dəfə artıb
- Yarıdan çoxu uşaqlardır
Evlərini tərk etməyə məcbur olan uşaqların sayı 2021-ci ilin sonunda 36,5 milyon nəfər təşkil edib. Bu da İkinci Dünya Müharibəsinin bitməsindən sonra ən yüksək göstəricidir.
Globall.az xəbər verir ki, bu barədə UNICEF məlumat yayıb.
Bildirilib ki, 2021-ci ilin sonuna olan məlumata görə, münaqişə, zorakılıq və digər böhranlar nəticəsində rekord sayda - 36,5 milyon uşaq evlərini tərk edib. Bu siyahıya xaricdə sığınacaq istəyən 13,7 milyon qaçqın uşaq və 22,8 milyon məcburi köçkün azyaşlı daxildir.
"Ümumiyyətlə, son 10 ildə dünyada qaçqın və məcburi köçkünlərin sayı iki dəfə artıb və onların yarıdan çoxunu uşaqlar təşkil edir. Bu uşaqların üçdə birindən çoxu Saharadan cənubdakı Afrika ölkələri, dörddə biri Avropa və Mərkəzi Asiya, 13 faizi Yaxın Şərq və Şimali Afrikada yaşayır", - hesabatda qeyd olunub.