Son sutkada yoluxanların sayı açıqladı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globall.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 793 015 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 165 nəfər müalicə olunaraq sağalıb, 9716 nəfər vəfat edib, aktiv xəstə sayı 134 nəfərdir.
Ölkədə son sutka ərzində 1490, hazırkı dövrədək isə 6 940 145 test aparılıb.
Oxunub: 307
Xəbəri paylaş
Paylaş: