“İlk baxışdan aramızda sevgi yox idi “ - Zelenskinin xanımı

Mənim Volodimir Zelenski ilə münasibətim məktəb illərindən başlayıb. Amma ondan xoşlandığımı bilmirdim.
Globall.az xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya “The Economist”ə müsahibəsində deyib.
Zelenskaya ilk baxışdan aralarında sevgi olmadığını söyləyib: “Ancaq onun yaxşı adam olduğuna əmin idim. Yaxşı yumor hissi vardı. Evlənməmişdən əvvəl səkkiz il görüşmüşük. Yalnız 2003-cü ildə münasibətlərimizi rəsmi şəkildə qanuniləşdirməyə qərar verdik. Evlilikdən iki gözəl övladımız var”.
Zelenskaya həmişə ərinin yanında olduğunu, ona dəstək verdiyini söyləyib. 2019-cu ildə Volodimir Zelenski Ukraynada keçirilən prezident seçkilərində qalib gələn zaman Yelena birinci xanım statusuna sahib olub.
Yelena Zelenskaya müsahibəsində həyat yoldaşının həmişə onu tənqid etdiyini, heç vaxt tərifləmədiyini qeyd edib. (modern.az)

Oxunub: 271
Xəbəri paylaş
Paylaş: