Tağı Əhmədovun səhhəti pisləşdi: müalicə üçün İrana aparıldı (YENİLƏNDİ)

“Hazırda İrandayıq. Müalicə üçün bura gəlmişik. Tağı müəllim müalicəsini İranda davam etdirir. Səhhətində hər şey yaxşılığa doğru gedir. İndi özünü yaxşı hiss edir, lap yaxşıdır. Söz veriblər, səhhəti daha da yaxşı olacaq”.
Bunu publika.az-a açıqlamasında Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədli deyib
Salatın Əhmədli bildirib ki, hər şey yaxşılığa doğru gedir.
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti pisləşib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tağı Əhmədovun ayaqları tutulub, yeriyə bilmir. Hazırda o, əlil arabasında gəzir.
Xatırladaq ki, Tağı Əhmədov 1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb.
Oxunub: 307
Xəbəri paylaş
Paylaş: