Rusiyalı hərbçilər ukraynalı fotojurnalisti güllələdilər

Ukraynalı fotojurnalist Maks Levin və onu müşayiət edən zabit Aleksey Çernışev Rusiya hərbçiləri tərəfindən edam edilib.
Globall.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatının araşdırmasının nəticələrinə dair yayılan məlumata deyilir.
Təşkilatın nümayəndələri M.Levin və A.Çernışevin yoxa çıxdıqları gün, yəni 13 mart 2022-ci ildə dindirildikdən və ağır işgəncələrdən sonra edam edildiklərinə dair sübutlar tapıblar.
Araşdırmaçılar ukraynalı jurnalistin yaxın məsafədən bir və ya iki atəşlə öldürüldüyünü, A.Çernışevin isə diri-diri yandırıldığını təsbit ediblər.
“Sərhədsiz Reportyorlar” təşkilatı Levin və Çernışevin Rusiyanın 106-cı desant diviziyasının hərbçiləri və ya xüsusi təyinatlıları tərəfindən öldürülə biləcəyi ehtimalını irəli sürüblər.
“Sərhədsiz Reportyorlar” təşkilatı Levin və Çernışevin Rusiyanın 106-cı desant diviziyasının hərbçiləri və ya xüsusi təyinatlıları tərəfindən öldürülə biləcəyi ehtimalını irəli sürüblər.
Oxunub: 185
Xəbəri paylaş
Paylaş: