Ukrayna üçün VAHİD CƏBHƏ:
Şolts xilas yolunu tapdı
Ukrayna üzrə Marşal Planı layihəsi G7 ölkələrinin liderlərinin Almaniyada keçiriləcək sammitində müzakirə edəcəkləri məsələlərdən biri olacaq.
Globall.az Publika.az-a istinadla xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.
O, Ukraynaya uzunmüddətli dəstək üçün vahid cəbhəyə ümid edir. Kansler Almaniya parlamentində deyib ki, Ukraynanın bərpası avropalıların bir neçə nəslinin vəzifəsi olacaq.
Onun sözlərinə görə, uzun illər ərzində Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün milyardlarla dollar lazım olacaq və gələcək plan yalnız Avropa ölkələri, digər əsas donor ölkələr və beynəlxalq təşkilatlar birlikdə işləsə, nəticə verə bilər.
Almaniya kansleri əmindir ki, belə bir bərpa planının strukturu həqiqətən həlledicidir: beynəlxalq koordinasiya necə aparılacaq, investisiya prioritetləri necə müəyyən ediləcək və s.
Şolts vurğulayıb ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə birlikdə Almaniyanın G7-yə sədrliyi çərçivəsində Ukraynanın bərpası üzrə ekspertlər konfransı çağırmaq niyyətindədir.