ABŞ-dan NATO ÇAĞIRIŞI - "Türkiyəni anlayırıq, lakin..."

ABŞ Türkiyənin terrorizmlə bağlı haqlı narahatlığının olduğunu inkar etmir, lakin Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı Ankara, Stokholm və Helsinki arasında yaranmış fikir ayrılıqlarının tezliklə həllinə çağırır.
Globall.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bildirib.
"Biz Türkiyənin terrorla bağlı haqlı narahatlığını qəbul edirik və bunu NATO-nun baş katibi Yens Stoltenberq də dilə gətirib. Biz Stokholm, Ankara və Helsinkini bütün müttəfiqlərin təhlükəsizlik problemlərini həll edilməsi istiqamətində doğru yol tapmaq üçün birgə işləməyə çağırırıq", - o qeyd edib.
Donfrid Birləşmiş Ştatların Şimali Atlantika Alyansını Finlandiya və İsveçin NATO-ya daxil olması prosesi ilə bağlı tez bir zamanda konsensusa gəlməyə çağırdığını vurğulayıb.
Oxunub: 315
Xəbəri paylaş
Paylaş: