Putinin “nüvə çamadanı” - Güllələnən polkovnik kimdir?
53 yaşlı Vadim Zimin hazırda reanimasiyada həyat mübarizəsi aparır.
Məlumata görə, hadisə iyunun 20-də Krasnoqorskdən kənar villayətdə baş verib və yaralı polkovnikin yanında “İzh 79-9TM” travmatik tapança olub.
Vadim Zimin insidentdən əvvəl ev dustaqlığında olub. Belə ki, o, təhlükəsizlik orqanlarından gedəndən sonra gömrük xidmətinə işə qəbul olub, lakin orada insidentə qarışıb. Cəza olaraq ev dustaqlığına məhkum edilib.
Zimin Federal Təhlükəsizlik Xidmətinin təqaüddə olan polkovnikidir. Xidməti dövründə Rusiyanın nüvə arsenalında kodların olduğu güman edilən portfelin daşınmasına cavabdeh olub.
Zimin ilk dəfə bu rolu Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin köməkçisi kimi yerinə yetirib. Daha sonra hazırkı prezident Vladimir Putinin komandasında yer alaraq, “nüvə çamadanı”nı daşımaq funksiyasını davam etdirib.
Rəsmi görüşlər zamanı dövlət başçısının mühafizəsində iştirak edən Ziminin daşıdığı, "Çeget" adı ilə təqdim olunan məxfi çantada Kremlin nüvə arsenalının buraxılış kodlarının olduğu güman edilir.
Məlumata görə, çantanın fərqli açar kodu var və 7/24 ciddi nəzarət altında saxlanılır, onun qorunmasına indiyə qədər üç nəfər cavabdeh olub.
Ekspertlərin fikrincə, Putin ictimaiyyət qarşısında çıxışları zamanı şübhəli çanta daha çox diqqət çəkib. Bu addım Kremlin Qərbə nüvə hədəsi kimi şərh olunub.
Onu da qeyd edək ki, sonuncu dəfə “nüvə çamadanı” bu ilin aprel ayında Rusiya liderinin Moskvada ultra-millətçi siyasətçi Vladimir Jirinovskinin dəfn mərasimində iştirakı zamanı görüntülənib. (modern.az)