Tanınmış türk aktyoru vəfat etdi

Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib.
Globall.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bu gün 84 yaşlı aktyorla vida mərasimi keçiriləcəyi bildirilib.

"Yeşilçam"ın unudulmaz sənətçisi Arkın 1937-ci ildə anadan olub. Əsl adı Fəxrəddin Cüreklibatur olan aktyor "Cüneyt Arkın" adını özünü yaradıb.
İstanbul Universitetinin Tibb fakültəsini bitirib. 1963-cü ildə “Artist” jurnalının təşkil etdiyi kino rəssamları müsabiqəsinə qatılıb və birinci yerə layiq görülüb. O, 1963-cü ildə hərbi xidmətdə olarkən 1-ci Hava Reaktiv Bazasında rejissor Halit Refiqlə tanış olmasını kariyerasında dönüş nöqtəsi adlandırıb.
Oxunub: 325
Xəbəri paylaş
Paylaş: