Azərbaycanda şagirdlərə Xameneiyə həsr olunan mahnı öyrədən müəllimlə bağlı QƏRAR VERİLDİ - VİDEO (YENİLƏNDİ)

Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlaxda orta məktəbdə müəllimin şagirdlərə dini mahnı oxutduğu görüntülərlə bağlı açıqlama yayıb.
Təhsil İdarəsindən "Report"a verilən görə, hadisə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib.
"Məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb. Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib", - İdarədən qeyd edilib.
xxx
Azərbaycan məktəbində şagirdlərə İranın ali dini lideri Xameneyiyə həsr olunan mahnı oxudulması görüntüləri araşdırılır.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən modern.az-a bildirilib ki, nəticə barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, görüntülərin Yevlax rayonundakı məktəblərin birində çəkildiyi güman olunur. Videoda müəllim şagirdlərlə birlikdə Xameneyiyə həsr olunmuş “Salam fərmandeh” mahnısını ifa edir. Görüntülər sosial etiraza səbəb olub.

Oxunub: 503
Xəbəri paylaş
Paylaş: