Çingiz Xanın Böyük Yasası
Elchin Alioglu
2. Öz aralarında mübahisə edən iki nəfərdən birinə yardım edənə yaşından və kimliyindən asılı olmayaraq – ölüm.
3. Açıq suya və ya ocaq külünə pəşov edənə - ölüm.
4. Açıq suyu ovucla içmək yasaq. Yalnız qabla alıb içmək olar.
5. Paltar nə qədər çirkli olsa da, onu axar və açıq suda yumaq yasaq.
6. Üç dəfə mal alan və üç dəfə müflis olana üçüncü yalandan sonra – ölüm.
7. Əsirə icazəsiz olaraq yemək və paltar verənə - ölüm.
8. Qaçan əsiri tutub sahibinə verməyənə - ölüm.
7. Ümumi iş üçün insanlardan onların varidatının və ya əmlakının 1/10 hissəsindən artığı tələb etmək yasaq.
8. Alimlərdən, təbiblərdən, qəbirqazanlardan və din xadimlərindən vergi almaq yasaq.
9. Bütün dinlərə eyni sayğı bəslənməli, heç birinə üstünlük verilməməli.
10. Başqasının əlindən yemək yasaq.
11. Yemək hazırlanan alovun üzərindən keçmək yasaq.
12. Tək yemək, başqalarından çox yemək və yanındakına təklif etmədən yemək yasaq.
13. Yemək yeyənlərin yanından atla keçən atdan düşməli, süfrə kənarında əyləşməli.
14. Hansısa sözü, əşyanı və ya əməli çirkin saymaq yasaq - bütün əşyalar eyni paklıqda yaradılır.
15. Qadın və kişi əməyinə fərq qoymaq yasaq.
16. Bütün doğulmuş uşaqların onların kimin - arvadın, hərəmin və ya cariyənin - dünyaya gətirməsindən asılı olmayaraq qanunidir.
17. Yaxın qohumla evlənmək yasaq.
18. Varidat bölünəndə böyük oğul kiçikdən az pay alır, ata mirasının varisi kiçik oğuldur.
19. Mərhumun mirasına varis olmayanın sahiblənməsinin cəzası – ölüm.
20. Cinayətkarı hər kəs cəzalandırmalıdır - yaşından və kimliyindən asılı olmayaraq.
21. Cinayətkara işgəncə və əzab vermək, təhqir etmək yasaq. Yalnız pisləmək, qovulmaq və ya ölüm cəza ola bilər.
22. Yaşı, rütbəni və ya varidatı önə çəkərək cəzadan yayınmaq cəhdinin cəzası – ölüm.
23. Düşmən məğlub edilməyincə və ya təslim olmayınca onunla sülh bağlamaq yasaqdır.
24. Yalnız hərbi əsir və ya onun ailə üzvləri kölə edilə bilər.
Köləlik atadan oğula, anadan qıza ötürülmür.
... Yasada qadınlarla kişilərin hüquqları tam bərabərdir.
Monqol İmperiyasında bütün xalqlara bərabər hüquq verilir, monqollar üstün sayılmır.
Din və vicdan azadlığı təmin olunur. Məhkəmələrin özbaşınalığı yolverilməz bilinir.