İranda zəlzələ nəticəsində bir kənd tamamilə dağıldı
- FOTO/VİDEO (YENİLƏNDİ)
Globall.az Trend-ə istinadla xəbər verir ki, bunu İranın Hörmüzqan vilayətinin valisi Mehdi Dusti deyib.
M.Dustinin sözlərinə görə, hazırda əhalinin müvəqqəti olaraq böyük çadırlarda yerləşdirilməsi üzrə işlər aparılır.
Dusti əlavə edib ki, gələn bir neçə ay ərzində kəndin bərpası ciddi şəkildə addımlar atılmalıdır.
Hörmüzqan valisi qeyd edib ki, zəlzələ nəticəsində 49 nəfər yaralanıb. Onların yarısı müalicə olunaraq evə buraxılıb. Hazırda vilayətdə 8 ədəd təcili yardım maşını, 2 helikopter yardım edir.
Qeyd edək ki, ötən gecə yerli vaxtla 2:02 radələrində İranın Hörmüzqan vilayətinin Bəndər Lenge rayonunda 6,1 bal gücündə zəlzələ baş verib və 28 afterşok qeydə alınıb. Zəlzələ nəticəsində 5 nəfər ölüb.
xxx
İranın cənubunda 6 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Hörmüzgan ostanının Bəndər Lingə şəhərindən 61 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.
İlkin məlumata görə, zəlzələdə 5 nəfər həlak olub, daha 44 nəfər xəsarət alıb.
Bu barədə yerli media hakimiyyət orqanları xəbər verir.
Bundan əvvəl Hörmüzgan ostanının Fövqəladə Hallar Departamentinin rəhbəri Mehrdad Həsənzadə dövlət televiziyasına 3 nəfərin öldüyü və 8 nəfərin yaralandığı barədə məlumat verib.