Bu il 40 milyon insan aclıqdan ölə bilər - HƏYƏCAN TƏBİLİ

Dünyada təxminən 40 milyon insan Ukraynadakı vəziyyətə görə qida çatışmazlığı problemi ilə üzləşəcək.
Globall.az xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş iqtisadçısı Maksimo Torero deyib.
"Aqrar-sənaye sektoru indi ciddi qeyri-müəyyənlik vəziyyətindədir. Ukraynadakı vəziyyətin təsirlərini proqnozlaşdırsaq, 2022-ci ildə xroniki qidalanma ilə üzləşəcək daha 40 milyon insan deməkdir", - deyə M.Torero vurğulayıb.
Onun sözlərinə görə, 2023-cü ildə 70 milyondan çox insan aclıq problemi ilə üzləşə bilər. (modern.az)
Oxunub: 396
Xəbəri paylaş
Paylaş: