Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“HEÇMİ LƏYAQƏTİNİZ, MƏNLİYİNİZ YOX İDİ?”- “Sizə nə olmuşdu, ay bədbəxtlər...”
MEHDİYEV ÖZÜ İLƏ ONU DA APARACAQ?-  Dövlət vəsaitlərini birgə mənimsədikləri iddia olunur
"MOSKVA RAMİZ MEHDİYEVİ PREZİDENT ETMƏK İSTƏYİRDİ"-  "Demişdi ki, gəlib..." /VİDEO
Press-fakt.az
    
  • Suriyanın yeni rəhbəri Putinə nə vəd edib?-
    Suriyanın yeni rəhbəri Putinə nə vəd edib?- “Daha əvvəlki bütün razılaşmalara hörmətlə yanaşacaq...”
  • 
  • Rusiya-Qazaxıstan sərhədində kollaps -
    Rusiya-Qazaxıstan sərhədində kollaps - 2500 yük maşını bu səbəbdən saxlanılıb
  • 
  • “HEÇMİ LƏYAQƏTİNİZ, MƏNLİYİNİZ YOX İDİ?”-
    “HEÇMİ LƏYAQƏTİNİZ, MƏNLİYİNİZ YOX İDİ?”- “Sizə nə olmuşdu, ay bədbəxtlər...”
  • 
  • Nazirlikdə üçüncü kadr dəyişikliyi - 
    Nazirlikdə üçüncü kadr dəyişikliyi -  Eşqi Bağırov da getdi?
  • 
  • Sİ internetdə dərc olunan məqalələrin sayında insanlara çatdı -
    Sİ internetdə dərc olunan məqalələrin sayında insanlara çatdı -  “Axios”
  • 
  • Şimşək çaxacaq, leysan yağış, dolu yağacaq  
    Sabahın havası: Şimşək çaxacaq, leysan yağış, dolu yağacaq  
  • 
  • Əflatun Amaşova yeni -
    Əflatun Amaşova yeni - daha bir vəzifə verildi
  • 
  • Ramiz Mehdiyev 107 YAŞINA QƏDƏR HƏBSDƏ QALA BİLƏR -
    Ramiz Mehdiyev 107 YAŞINA QƏDƏR HƏBSDƏ QALA BİLƏR - Hüquqşünas
  • 
  • Prezident İlham Əliyev ATƏT sədrini qəbul edib
    Prezident İlham Əliyev ATƏT sədrini qəbul edib
  • 
  • Rusiya Ukraynada bu qədər hərbçisini itirib -
    Rusiya Ukraynada bu qədər hərbçisini itirib -  Yeni rəqəm açıqlandı
  • 
  • “Sədərək”dəki sahibkarlar nədən narazıdır? -
    “Sədərək”dəki sahibkarlar nədən narazıdır? - VİDEO
  • 
  • Ramiz Mehdiyev ev dustaqlığında -
    Ramiz Mehdiyev ev dustaqlığında -  QANUN nələrə İCAZƏ VERİR, nələri QADAĞAN EDİR?
  • 
  • Xalq artisti tarzən Ramiz Quliyev vəfat edib
    Xalq artisti tarzən Ramiz Quliyev vəfat edib
  • 
  • Prezident İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqləyib
    Prezident İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqləyib
  • 
  • Ramiz Mehdiyev bu deputatları məhkəməyə vermişdi...-
    Ramiz Mehdiyev bu deputatları məhkəməyə vermişdi...- ADLAR
  • 
  • MEHDİYEV ÖZÜ İLƏ ONU DA APARACAQ?-
    MEHDİYEV ÖZÜ İLƏ ONU DA APARACAQ?-  Dövlət vəsaitlərini birgə mənimsədikləri iddia olunur
  • 
  • Əhməd əl-Şaraa Rusiyada - 
    Əhməd əl-Şaraa Rusiyada -  Bəşər Əsədin ekstradisiyasını istəyəcək
  • 
  • İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
    İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
  • 
  • Mehdiyevlərin ailə bankı da batır - 
    Mehdiyevlərin ailə bankı da batır -  Zərərin həcmi açıqlandı
  • 
  • "MOSKVA RAMİZ MEHDİYEVİ PREZİDENT ETMƏK İSTƏYİRDİ"-
    "MOSKVA RAMİZ MEHDİYEVİ PREZİDENT ETMƏK İSTƏYİRDİ"-  "Demişdi ki, gəlib..." /VİDEO
  • 
  • Baş direktor vəzifəsindən azad edildi -
    Baş direktor vəzifəsindən azad edildi -  “Azneft”də struktur dəyişikliyi
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Conson: “Britaniya Ukraynaya dəstəyi davam etdirəcək”
  • Conson İSTEFA VERDİ
  • Conson istefaya razılaşdı
  • Böyük Britaniyanın Baş naziri Boris Conson koronavirusa yoluxub
  • Conson Nazirlər Kabinetinin heyətini DƏYİŞDİ
  • Consonun gizlədə bilmədiyi şəxsi həyatı: 3 arvadı, 1 sevgilisi, 7 uşağı...

    • Tarix: 8-07-2022, 11:42


    Ötən gün Böyük Britaniyanın baş naziri vəzifəsindən istefa verən Boris Conson hazırda dünyanın ən çox müzakirə olunan siyasətçisidir. O, dövrümüzün ən xarizmatik siyasətçilərindən biri hesab olunur. Bu günlərdə dünya mətbuatı öz manşetlərini Consona aid məlumatlarla təqdim edir.

    Boris Conson istefa versə də, bu ilin oktyabr ayına kimi - hakim Mühafizəkarlar Partiyasına yeni lider seçilənə qədər səlahiyyətlərinin icrasını davam etdirəcək.

    Boris Conson xeyli vaxt idi ki, 2020-2021-ci illərin koronavirus qapanmaları, sərt karantin rejimləri dövründə hökumət iqamətgahında keçirilən kütləvi şənlik mərasimlərinə qatılmaqda ittiham olunurdu.

    2022-ci il iyulun 5-dən başlayaraq dünənə kimi hökumətin 60-a yaxın üzvü, o cümlədən xeyli nazir istefa verərək, baş nazirə etimadsızlıq nümayiş etdirib, Boris Consonu postunu tərk etməyə çağırıblar.

    Boris Conson əvvəllər adı müxtəlif qalmaqallarda hallanmış Kristofer Pinçerə hakim partiyada yüksək vəzifə verməkdə də təqsirli bilinirdi. Parlamentin üzvü olan Kris Pinçer iyunun 29-da paytaxt Londonun klublarının birində sərxoş vəziyyətdə dava salıb, ertəsi gün günahını boynuna alaraq istefa verib, bununla da hökumətə sarsıdıcı zərbə vurub.
     
    19 iyun 1964-cü il təvəllüdlü Boris Conson ABŞ-ın Nyu-York şəhərində dünayaya gəlib. Böyük Britaniyanın Oksford Universitetinin məzunudur. Uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. Böyük Britaniya parlamentinin İcmalar Palatasına ilk dəfə 2001-ci ildə seçilib. 2008-2016-cı illərdə Londonun meri, 2016-2018-ci illərdə Böyük Britaniyanın xarici işlər naziri olub.

    Boris Conson 2019-cu il iyulun 23-də Mühafizəkarlar Partiyasının lideri seçilib, iyulun 24-də isə baş nazirliyə başlayıb. 2019-cu il dekabrın 12-də keçirilmiş parlament seçkisini udan Mühafizəkarlar Partiyası yenidən hökumət qurub. Mühafizəkarlar Partiyası parlamentin alt qanadı olan 650 yerlik İcmalar Palatasında 358 mandatla təmsil olunur.

    Onun atasının babası Əli Kamal - türkiyəli jurnalist, Osmanlı İmperiyasının son Böyük vəziri Əhməd Oqtay hökumətində qısa müddət daxili işlər naziri olub. Bu vəzifədə olaraq o, Mustafa Kamal Atatürkün həbsinə əmr vermişdi. Atatürk hakimiyyətə gəldikdən sonra general Nurəddin Konyarın əmri ilə Əli Kamal edam edilib.
    Bundan sonra Boris Consonun babası Osman Əli İngiltərəyə qaçıb və orada Uilfred Conson (adını qəbul edib.
    Borisin ata nənəsi Hənifə Fered, Qafqaz müharibəsi zamanı Osmanlı İmperiyasına qaçan çərkəzlərdən idi.
    Boris Consonun anasının babası, Calvariyadan olan (indiki Litvada, o zaman Rusiyada) yəhudi mənşəli amerikalı alim-paleoqraf Elias Everi Levidir.
    Anasının nənəsi Helen Treysi Lav-Porter (1876-1963) alman dilindən bədii nəsri tərcümə edən amerikalı tərcüməçi olub.
     
    Modern.az-ın məlumatına görə, Boris Consonla bağlı maraqlı məqamlardan biri onun şəxsi həyatı, o cümlədən övladlarının sayı ilə bağlıdır.
     


    Britaniya mediası Consonun 7 övlad atası olduğunu bildirir, ancaq onun özü bu haqda danışmaqdan yayınır. Baş nazir dəfələrlə neçə uşağı olduğunu söyləməkdən imtina edib, lakin 2021-ci ilin sentyabrında NBC kanalına verdiyi müsahibədə 6 övlad atası olduğunu bildirmişdi.

    İstefaya gedən baş nazirin sonuncu – 7-ci övladı 9 dekabr 2021-ci ildə London xəstəxanasında anadan olub. Bu qız uşağı Boris və həyat yoldaşı Kerrinin dünyaya gələn ikinci övladıdır.

    Cütlüyün birinci övladı 2020-ci ilin aprelində dünyaya gələn Vilfred adlı oğlandır.

    Qeyd edək ki, Boris Conson üç dəfə rəsmən evlənib.

    Onun ilk evliliyi Allegra Mostyn-Ouven adlı qadınla olub. Cütlük 1987-ci ildən 1993-cü ilə qədər 6 il bir yerdə yaşasa da, bu izdivacdan uşaq olmayıb.

    Britaniya baş nazirinin ikinci həyat yoldaşı vəkil Marina Uiler olub. Onların 25 illik evliliyi dövründə  4 övladı doğulub. Bu uşaqlar artıq yetkinlik yaşnı geridə qoyublar.

    Boris Conson və Marina Uiler 2020-ci ildə boşanıb.

    Britaniyanın baş naziri ikinci arvadından boşandıqdan sonra Kerri Simonds adlı xanımla – indiki həyat yoldaşı ilə bir müddət sevgili olaraq nikahdankənar yaşayıb.


    BBC-nin məlumatına görə, Boris və Kerri əslində 2018-ci ildən – Conson hələ ikinci arvadından boşanmazdan əvvəl görüşmüşlər. 2018-ci ildə Boris Conson və Marina Uiler artıq bir-birləri ilə yaşamadıqlarını və boşanma prosesində olduqlarını elan etmişdilər.

    Boris Conson və və Kerri Simondsın ilk övladları – oğulları Vilfred 2020-ci ilin aprelində doğulanda onlar hələ rəsmən evlənməmişdilər.

    58 yaşlı Boris Consonun hazırkı xanımı Kerri ondan 23 yaş kiçikdir.

    2021-ci ildə Boris Conson sevgilisi Kerri Simonds ilə münasibətlərini rəsmiləşdirərək, onunla evlənib. Toy ictimaiyyətdən və mediadan gizli həyata keçirilib, mərasimdə Consonun ən yaxınları və dostları iştirak edib.

    Conson və Simonds Britaniya tarixində baş nazirin Douning Street 10 ünvanında yerləşən iqamətgahında yaşayan ilk evli olmayan cütlük idilər. Kerri Simonds əvvəllər 2012-ci ildə London meri seçkilərində Boris Consonun seçki qərargahında çalışıb.

    Britaniya mətbuatı yazır ki, Boris Consonun nikahdankənar münasibətdən bir uşağı da var. Həmin uşağın anasının sənət tarixçisi Helen Makintayr olduğu idda edilir. İddialara görə, bu uşaq Stefani adlı 13 yaşlı qızdır.


    Beləliklə, Boris Consonun 7 uşağının (6-sı aşkar, 1-i gizli) olduğu Britaniya ictimaiyyətinə məlumdur.

    Boris Consonun böyük qızı Lara 1993-cü il təvəllüdlüdür. Baş nazirin ikinci evliliyindən, Marina Uilerdən doğulan qız dünyaya gələndə Conson hələ o zaman jurnalist işləyir, “Daily Telegraph” qəzeti üçün yazılar yazırdı.
    Britaniya mətbuatı yazır ki, Oksford məzunu olan Boris Conson yaxşı təhsilin nə demək olduğunu bilirdi, ona görə də qızı Laranın təhsilinə səxavətlə sərmayə qoyub.
    Lara ali məktəbi uğurla başa vurub, latın dilini və ədəbiyyatı öyrənib. Sonra o, jurnalist olub:  Britaniyanın Vogue və Tatler jurnallarında ştatdankənar redaktor kimi çalışıb.
    Yeri gəlmişkən, Lara valideynləri boşandıqdan sonra anasının tərəfini tutub. “The Sun” qəzeti  yazıb ki, atasının xəyanətindən xəbər tutan qız onu “eqoist” adlandırıb.

    Milo adlı oğlan Boris Consonun ikinci övladıdıdr, o, 1995-ci ildə doğulub.

    Consonun böyük oğlunun uğuru haqqında çox az şey məlumdur. Vestminster məktəbində oxuyarkən Milo futbol və kriket oynayan aktiv və hərtərəfli yeniyetmə idi. Həyatını izləyən media onun idman karyerasını proqnozlaşdırdı. Lakin məzun olduqdan sonra Milo London Universitetinin Şərq və Afrikaşünaslıq Məktəbinə daxil olmaq qərarına gəlib. Bunun sayəsində ərəb, rus və fransız dillərini mükəmməl öyrənib. 2014-cü ildə universiteti bitirdikdən sonra Milo Esquire Middle East-də təcrübə keçib və beş ay Dubayda qalıb. Onun indi nə etdiyi bəlli deyil.

    Consonun ikinci qızı Cassia 1997-ci il təvəllüdlüdür. Orta təhsilini özəl Highgate Məktəbində alıb, sonra Dublin Trinity Kollecinə daxil olub. Ardınca Londona qayıdıb. İngilis mətbuatı Cassia haqqında çox şey yazmayıb, onun rəsm çəkdiyi, yazıçılıqla məşğul olduğu, hətta 2021-ci ildə Clerkenvell bölgəsindəki restoranlardan birində ofisiant kimi işlədiyi bildirilir.


    1999-cu ildə doğulan Teodor Borisin ikinci oğlu – dördüncü övladıdır. Conson və Uilerin uşaqlarının ən kiçiyi digərlərindən daha çox atasına bənzəyir - o, eyni sarışın və idarəolunmaz saçlara malikdir. Baş nazirin digər övladları kimi o da Britaniyanın yaxşı özəl məktəbində oxuyub, sonra atasının ürəyini sıxaraq Kembricə gedib (Oksford məzunu üçün bu, az qala təhqirdir). Teodor sosial şəbəkələrdən istifadə etmir və reklam üçün səy göstərmir. Onun universitetdə konkret olaraq nə oxuduğu da məlum deyil.
     
    Boris Consonun nikahdankənar qızı Stefani 2009-cu il təvəllüdüdür. 2010-cu ildə “The Daily Mail” qəzeti ilk dəfə Londonun meri olan Boris Consonun qeyri-qanuni qızı olduğunu iddia etmişdi. Məlumatlara görə, sənət tarixçisi Helen Makintayrın ailəsi hətta DNT analizi verib və Stefaninin atasının Boris olduğunu sübuta yetirib. İndi İngiltərədə heç kim Consonun düz 7 uşağı olduğuna şübhə etmir. Baxmayaraq ki, Boris Conson Makintayrdan olan qızı haqqında danışmamağa üstünlük verir.
    Media yazır ki, siyasətçinin atası Brayan Stenli Conson nəvəsi ilə əlaqə saxlamağa cəhd edib və bir dəfə onunla videobağlantı vasitəsilə danışıb. Stefani digər bacı və qardaşları ilə ünsiyyət qurmur.

    Oxunub: 268
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      15-10-2025
      20:00 | "Boz Kardinal"ın VARİDATININ BİR QİSMİ - 216 hektar, 155 hektar, 50 hektar, 892 sot, 240 sot.../ARAŞDIRMA /SİYAHI
      19:30 | Suriyanın yeni rəhbəri Putinə nə vəd edib?- “Daha əvvəlki bütün razılaşmalara hörmətlə yanaşacaq...”
      19:25 | Rusiya-Qazaxıstan sərhədində kollaps - 2500 yük maşını bu səbəbdən saxlanılıb
      19:15 | “HEÇMİ LƏYAQƏTİNİZ, MƏNLİYİNİZ YOX İDİ?”- “Sizə nə olmuşdu, ay bədbəxtlər...”
      15:30 | Nazirlikdə üçüncü kadr dəyişikliyi -  Eşqi Bağırov da getdi?
      15:25 | Sİ internetdə dərc olunan məqalələrin sayında insanlara çatdı -  “Axios”
      15:20 | Sabahın havası: Şimşək çaxacaq, leysan yağış, dolu yağacaq  
      15:15 | Əflatun Amaşova yeni - daha bir vəzifə verildi
      15:10 | Ramiz Mehdiyev 107 YAŞINA QƏDƏR HƏBSDƏ QALA BİLƏR - Hüquqşünas
      15:00 | Prezident İlham Əliyev ATƏT sədrini qəbul edib
      14:55 | Rusiya Ukraynada bu qədər hərbçisini itirib -  Yeni rəqəm açıqlandı
      14:50 | Türkiyədə dəhşətli avtomobil qəzası -  7 ölü, 14 yaralı
      14:45 | “Sədərək”dəki sahibkarlar nədən narazıdır? - VİDEO
      14:40 | Ramiz Mehdiyev ev dustaqlığında -  QANUN nələrə İCAZƏ VERİR, nələri QADAĞAN EDİR?
      14:35 | Xalq artisti tarzən Ramiz Quliyev vəfat edib
      14:33 | Prezident İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqləyib
      14:25 | Ramiz Mehdiyev bu deputatları məhkəməyə vermişdi...- ADLAR
      14:15 | Ali Məhkəmənin hakiminin 9 milyardı müsadirə edildi - 44 torpaq sahəsi, 51 bina, otellər şəbəkəsi...
      14:10 | MEHDİYEV ÖZÜ İLƏ ONU DA APARACAQ?-  Dövlət vəsaitlərini birgə mənimsədikləri iddia olunur
      14:05 | Əhməd əl-Şaraa Rusiyada -  Bəşər Əsədin ekstradisiyasını istəyəcək
      14:00 | İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
      13:55 | Mehdiyevlərin ailə bankı da batır -  Zərərin həcmi açıqlandı
      13:51 | “Sülh yalnız güclü olduğun zaman əldə olunur”- ABŞ müdafiə nazirindən mühüm açıqlamalar
      13:45 | "MOSKVA RAMİZ MEHDİYEVİ PREZİDENT ETMƏK İSTƏYİRDİ"-  "Demişdi ki, gəlib..." /VİDEO
      13:43 | Baş direktor vəzifəsindən azad edildi -  “Azneft”də struktur dəyişikliyi
      13:40 | "Faktları tapıblar, sübutlar var..."- YAP-dan Ramiz Mehdiyevin HƏBSİNƏ REAKSİYA
      13:37 | Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib
      13:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:30 | “BAŞQA HƏBSLƏR DƏ GÖZLƏNİLƏNDİR"- "Onların da layiqli cəza almasının vaxtı çatıb..."
      13:25 | “Ramiz Mehdiyevin mənə nə dəxli var?”- Əli Həsənov danışdı
      13:20 | Əsgərlərin xidmət yerinin dəyişdirilməsi bu halda MÜMKÜNDÜR - DETALLAR
      13:15 | Keçmiş icra başçısı Ramiz Mehdiyevi TƏBRİK ETDİ - FOTO
      13:12 | Atəşkəsdən sonra Həmas və yerli klanlar arasında toqquşmalar başlayıb - CNN
      13:10 | Ramiz Mehdiyev bu cinayətləri TƏK TÖRƏTMƏYİB! - Adlar AÇIQLANDI
      13:05 | Putin Suriya lideri Şara ilə görüşəcək - Reuters
      13:02 | İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanladı
      13:00 | Məşhur general işdən azad edildi
      12:55 | Pakistan-Əfqanıstan sərhədində toqquşmalar yenidən şiddətləndi
      14-10-2025
      23:45 | Daha bir tanınmış vəkilin fəaliyyəti dayandırıldı
      23:40 | RAMİZ MEHDİYEV HƏBS OLUNDU! - Dövlətə xəyanətdə ittiham olunur! /VİDEO
      23:35 | Taksi sayına niyə kvota qoyulub? - RƏSMİ AÇIQLAMA
      19:00 | Keçmiş icra başçısı Musa Şəkiliyev hakim qarşısına çıxarıldı -  Qərar verildi /MƏHKƏMƏ
      18:45 | Azərbaycan-Pakistan-Türkiyə SPİKERLƏRİNİN GÖRÜŞÜ - İslamabad Bəyannaməsi qəbul edildi
      18:30 | Dünyanın ən güclü pasportları açıqlandı: Azərbaycan neçəncidir?
      18:20 | Azərbaycanda bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər - RƏSMİ
      18:15 | Ukraynada çağırış yaşında olan 1,5 milyon kişi AXTARIŞA VERİLDİ
      18:10 | Prezident bu nazirliyin bəzi səlahiyyətlərini ləğv etdi
      18:00 | DÜNYADAKI ƏN BAHALI MADDƏ - Nə qızıl, nə də platindir
      17:55 | Krımdan yerli əhali təxliyyə edilir - Feodosiya neft bazasında yanğın...
      17:50 | Ən çox şikayət olunan internet provayderlərinin adı açıqlanıb
      17:45 | Mərkəzi Bank Adil Əliyevi cərimə etdi - Valyuta qaydalarını pozduğu üçün
      17:40 | Kadırov 36-cı medalını aldı -  Onların arasında görün hansı medallar var?
      17:30 | Plastik cərrahiyyədə “ƏLƏKDƏN KEÇƏNLƏR”: Kimə İCAZƏ verildi, kimlər KƏNARDA QALDI? - ADLAR
      17:25 | Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
      17:20 | İşğaldan azad olunan ərazilərdə yaşayanların sayı AÇIQLANDI
      17:15 | Çindən Rusiyaya dron texnologiyası axını güclənir - "The Washington Post"
      16:35 | Əhali dərmana niyə 1 milyard manat xərcləyib?- İqtisadçı-ekspert
      16:15 | “ÇƏKİNİRƏM, QORXURAM...” -  “Daha o məclislərə getmirəm...”
      14:30 | Bakıda TAKSİLƏRİN SAYINA LİMİT QOYULDU - Nazirlər Kabinetindən TƏSİRLİ QƏRAR /VİDEO
      14:25 | Prezident Yaxın Şərq Sülh Sammitində iştirakı ilə bağlı VİDEO PAYLAŞDI
      14:20 | Tramp dünyanın ən zəngin ölkəsinin adını AÇIQLADI
      14:15 | BU ölkənin PREZİDENTİ Fransanın hərbi təyyarəsi ilə QAÇDI - FOTO
      13:40 | Dünyada ƏN ÇOX ÖLÜMƏ SƏBƏB OLAN XƏSTƏLİK - NECƏ YARANIR?
      13:35 | "Minsk qrupu ilə bağlı strukturlar dekabrın 1-dən gec olmayaraq bağlanacaq"-  ATƏT sədri
      13:30 | Bu ölkə Rusiyadan neft idxalını iki dəfə azaldıb - Özəl neft emalı müəssisələri isə artırır
      13:25 | Kiyev “Tomaqavk”-a sahib olmağın bir addımlığında -  ABŞ buraxılış qurğusunu təqdim etdi
      13:20 | Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
      13:15 | KASPAROV, XODORKOVSKİ VƏ DİGƏRLƏRİ...- Kreml onları “dövlət çevrilişinə cəhddə” ittiham etdi
      13:10 | Rus ordusunun son sutkadakı itkiləri açıqlandı -  SİYAHI
      13:05 | Azərbaycan, Rusiya və İran üçtərəfli işçi qrupu yaradacaq
      13:00 | İki ayda dördüncü görüş - “Erməni radikallar narahatdırlar, amma...”
      12:55 | ATƏT sədri Ermənistanda Ararat Mirzoyanla görüşüb
      12:50 | AGENTLİK ƏMƏKDAŞLARI İLƏ MÜHAFİZƏÇİLƏR ARASINDA DAVA -  Sədərək Ticarət Mərkəzində olay /VİDEO
      12:45 | "Hər il təhsilə, təxminən 5 milyard manat ayrılır"- Nazir müavini
      12:40 | Pakistanla gərginlik daxili qruplaşmadan qaynaqlanır - Nurulhak Ənvər
      12:35 | Böyük Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ
      12:30 | “Tək ya iki dövlət fərq etmir, biz Qəzzanı bərpa etməliyik”- Tramp
      13-10-2025
      21:00 | "Ehtiyac yarandığı zaman Ərdoğan həmişə yanımda olub"- Tramp /VİDEO
      21:00 | QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
      20:45 | İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
      20:44 | Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.