Xaçmazda meşə yanğınının söndürülməsinə helikopter və təyyarə cəlb edildi
- FOTO/VİDEO (YENİLƏNDİ)
Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsini sürətləndirmək və yanğının sahəsinin daha da genişlənməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Globall.az xəbər verir ki, nazirliyin Aviasiya dəstəsinin iki helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
xxx
Xaçmazda meşə massivində yanğın başlayıb.
Globall.az APA-ya istinadla xəbər verir ki, yanğın Xaçmaz-Xudat yolunun kənarında meşəlik ərazidə qeydə alınıb.
Alovun qarşısını almaq üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Məlumata görə, Gəndob-Yalama yolunun yanğın baş verən hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.