Putin Ukrayna əhalisi ilə bağlı fərman verdi - Rusiya vətəndaşlığının alınması sadələşdirildi

Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada alınması imkanı Ukraynanın bütün ərazisinin sakinlərinə şamil ediləcək.
Globall.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin müvafiq fərmanı bazar ertəsi rəsmi hüquq informasiya portalında dərc edilib.
Sənəddə qeyd olunur ki, Ukrayna, Donetsk Xalq Respublikası və ya Luqansk Xalq Respublikası vətəndaşları və bu ərazilərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” 31 may 2002-ci il tarixli federal qanununun 14-cü maddəsinin səkkizinci hissəsinə uyğun olaraq sadələşdirilmiş qaydada Rusiya Federasiyasının vətəndaşlığını almaq üçün müraciət etmək hüququna malikdirlər.
Qeyd edək ki, fərmanın əvvəlki variantında Rusiya vətəndaşlığını almaq üçün sadələşdirilmiş prosedur yalnız “DXR”, “LXR”, eləcə də Ukraynanın Xerson və Zaporojye vilayətlərinin sakinlərinə şamil edilirdi.
Oxunub: 294
Xəbəri paylaş
Paylaş: