Bakıda təhsil alan keçmiş prezidentin qızından ŞOK İDDİA: “Atamı keçmiş arvadı öldürtdürüb”

Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santuşun qızı onun öldürülə biləcəyini deyib.
Bu versiyanı yoxlamaq üçün İspaniyada məhkəmə ekspertləri meyiti yarıblar, onun nəticələri hələ məlum deyil.
“Agence France-Presse” xəbər verir ki, Çize duş Santuş bu cəhddə atasının keçmiş həyat yoldaşı Ana Paulanı ittiham edir. Siyasətçinin qızının sözlərinə görə, Ana Paula eks-prezidentin ətrafının “insanları təqib edən” Anqola hökuməti ilə bağlıdır.
Duş Santuşun ailəsi də Anqola hakimiyyətinin təzyiqlərini açıqlayıb - siyasətçinin Barselonada dəfn olunmaq istəyinə baxmayaraq, onu vətənində dəfn etmək istəyirlər.
Joze Eduardo duş Santuş iyulun 8-də ürək tutmasından vəfat edib. O, Anqolanı 38 il idarə edib və 2017-ci ildə vəzifəsini tərk edib.
***
İspaniyada vəfat etmiş Anqolanın sabiq Prezidenti Joze Eduardu duş Santuşun meyiti müayinə olunub.
Müayinə sabiq prezidentin qızının iddiası əsasında aparılıb. O, atasının ölümündə “şübhəli məqam” olduğu iddiası ilə Barselona məhkəməsinə müraciət edib. Həftə sonu aparılan müayinənin nəticəsi hələ ki, məlum deyil.
Joze Eduardu duş Santuş 1979-2017-ci illərdə Anqola Prezidenti olub.
Xatırladaq ki, Santuş 1963-1969-cu illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb. (lent.az)
Oxunub: 296
Xəbəri paylaş
Paylaş: