“2 saat tez gəlin, çünki…” – “Qarabağ” azarkeşlərə MÜRACİƏT ETDİ

“Qarabağ” bu gün Polşa “Lex”inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşündən əvvəl azarkeşlərə müraciət edib.
Globall.az xəbər verir ki, video-müraciətdə azarkeşlərdən saat 20:00-da başlayacaq matça 2 saat öncədən gəlmələri xahiş olunub.
Saat 18:30-dan etibarən isə Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı olacaq.
Qeyd edək ki, Polşadakı ilk qarşılaşmada “Lex” qalib gəlib – 1:0. Cavab görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oxunub: 399
Xəbəri paylaş
Paylaş: