Erməni deputat ATƏT PA üzvlərini təhqir etdi

Xəbər verdiyimiz kimi, Birmingemdə keçirilən ATƏT-in 29-cu Parlament Assambleyasındakı Ermənistan nümayəndə heyəti qətnamələrə Ermənistan və ya Qarabağla bağlı əlavələri daxil edə bilməyib.
Azərbaycan nümayəndə heyətindən verilən məlumata görə, artıq hər kəs tərəfindən işğalçı olduqları bilinən və beynəlxalq təşkilatda küncə sıxılan Ermənistan nümayəndə heyətinin üzvləri ATƏT PA-nın sessiyasında qurumu təhqir etməyə başlayıblar.
Belə ki, Ermənistan nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan qəzəbli halda çıxış edib.
O, ATƏT-in yaratdığı Minsk Qrupunu dəstəkləmədiyinə, “Dağlıq Qarabağ münaqişəsi”, “hərbi əsirlər” və “humanitar” problemlərlə bağlı AŞPA və Avropa Parlamentinin 44 günlük müharibədən sonra qəbul etdiyi qətnamələri nəzərə almadığına görə ATƏT PA-nı qınayıb. Ermənistanın heç bir təklifinə səs verməyən Assambleya üzvlərinə “ayıb olsun” deyib. (modern.az)
Oxunub: 177
Xəbəri paylaş
Paylaş: