Yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏ:
14 nəfər xəstəxanaya yerləşdirildi - VİDEO
Göyçayda kütləvi zəhərlənmə olduğu iddia edilir. Yas mərasimində iştirak edən 14 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib.
Globall.az xəbər verir ki, hadisə rayonun Hacıağabəyli kəndində qeydə alınıb.
Yas mərasiminə yığışan sakinlərdən ikisinin səhhətində narahatlıq hiss olunub. Zəhərlənmə şübhəsi ilə ikisi azyaşlı, üçü yeniyetmə, doqquzu ortayaşlı olmaqla, ümumilikdə 14 nəfər xəstəxananın təcili tibbi yardım şöbəsinə müraciət edib. Xəstələr ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıblar.
İlkin ehtimala görə, zəhərlənmənin süfrədə olan qidalardan baş verdiyi ehtimal olunsa da, bu hal eyni təamlardan qidalanan digər məclis iştirakçılarında baş verməyib.
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: