COVID-19 indi daha təhlükəlidir - Məşhur alimdən XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizə komandasının tanınmış alimi David Nabarro bildirib ki, infeksiya mutasiyaya uğradığı üçün daha təhlükəli hal alıb.
Mütəxəssis bu barədə Britaniya mətbuatına danışıb.
Alim qeyd edib ki, virus daim inkişaf edir və dəyişir.
“Son vaxtlar yoluxmaların sayının bu qədər çox olmasının səbəbi onun dəyişməsi və bizim üçün çox təhlükəli olmasıdır. İmmunitetimizi qırmağı bacarır, buna görə də yoluxmalar artır. İnsanlar artıq COVID-19 tədbirlərini görmür, maska taxmır və daha çox sosiallaşırlar. Bu, xəstəliyin yayılmasında əsas amillərdir. Hər kəsə verə biləcəyim məsləhət odur ki, bu virus heç yerə getməyib, hələ də çoxlu insanı öldürür, həmçinin uzun COVID-19 sindromu çox xoşagəlməz bir haldır.
Bəyənməsək belə, tədbirimizi görməli, virusa “sayğı göstərməli” və peyvənd prosesinin də iştirak etməliyik”, - həkim əlavə edib. (publika.az)
Oxunub: 246
Xəbəri paylaş
Paylaş: