Bayden impiçmentlə üzləşə bilər

ABŞ prezidenti Co Bayden Demokratlar Partiyasının payız seçkilərindən sonra Senat və Nümayəndələr Palatasına nəzarəti itirəcəyi təqdirdə impiçmentlə üzləşə bilər.
Bu barədə "Newsweek" məlumat yayıb.
Nəşr qeyd edir ki, Bayden seçkidə uduzsa, o, impiçmentlə üzləşə bilər, çünki aparıcı respublikaçılar buna təşəbbüs etmək niyyətlərini artıq bəyan ediblər.
Xüsusilə, yanvar ayında respublikaçı senator Ted Kruz Baydenin impiçmenti üçün "çoxlu əsasların" olacağını söyləyib. Aprel ayında isə onun nümayəndəsi Ken Bak bildirib ki, Nümayəndələr Palatasının Ədliyyə Komitəsi impiçmentin məqsədəuyğun olub-olmadığını müəyyən etmək üçün dinləmə keçirəcək.
Massaçusets Universitetinin may ayında keçirdiyi sorğuya əsasən, respublikaçıların 68%-i və mühafizəkarların 66%-i impiçmenti dəstəkləyir.
Oxunub: 188
Xəbəri paylaş
Paylaş: