ABŞ-da ticarət mərkəzində atışma: 3 nəfər öldü, yaralılar var
İyulun 17-də İndiana ştatının Qrinvud şəhərindəki ticarət mərkəzində tüfəngli şəxs yemək meydançasına atəş açıb, digər silahlı mülki şəxs onu güllələyib.
Globall.az xəbər verir ki, bu barədə "Associated Press" ştat polisinə istinadla yazır .
Bildiril ki, atışma nəticəsində azı 3 nəfər ölüb, daha iki nəfər yaralanıb.
Polis rəisi bildirib ki, bir nəfər tüfəng və bir neçə sursatla "Greenwood Park Mall"a girib və yemək meydançasında atəş açmağa başlayıb.
Əvəzində ticarət mərkəzində qanuni olaraq odlu silah gəzdirən 22 yaşlı gənc atəş açan şəxsi güllələyərək öldürüb.
“Günün əsl qəhrəmanı həmin yeməkxanada qanuni olaraq odlu silah gəzdirən və atəş açan kimi az qala atəş açan şəxsin qarşısını ala bilən vətəndaşdır”, - deyə polis bildirib.
Xəsarət alan iki nəfər arasında 12 yaşlı qız da var. Onun vəziyyəti stabildir.