Arvadını balta ilə vurdu -
Uşağın gözü qarşısında
Qazaxda kişi həyat yoldaşına balta ilə xəsarət yetirib.
Globall.az APA-ya istinadən bildirir ki, Qarapapaq kənd sakini, 1981-ci il təvəllüldü Xasməmmədov Eldəniz münaqişə zamanı keçmiş həyat yoldaşı, 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanı balta ilə vurub. Kənd sakini qisqanclıq zəminində həyat yoldaşını balta ilə vurub. Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.
Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Onlar bir müddət əvvəl boşansalar da, məhkəmə qadına həmin evdə yaşamaq hüququ verib. Hadisə azyaşlı uşağın gözü qarşısında olub. Faktıa bağlı araşdırma aparılır.
Oxunub: 272
Xəbəri paylaş
Paylaş: