Nabranda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib.
Globall.az xəbər verir ki, bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar: "11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir".
***
Xaçmazda istirahət mərkəzində 5 nəfər zəhərlənib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra 5 nəfərin vəziyyəti pisləşib.
Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə onlar qidadan zəhərlənib.
Fakt araşdırılır.