Venesuelada həbsxanadan qaçmaq istəyən məhkumlar gülləbaran edildi -
46 nəfər öldürülüb
Venesuelanın şimal-qərbində yerləşən Portuqes ştatında həbsxanadan kütləvi qaçış həyata keçirmək istəyən məhbuslardan 46 nəfəri öldürülüb.
Bu barədə "EFE" agentliyinə cəzaçəkmə müəssisəsinin əməkdaşlarından biri məlumat verib.
Əməkdaşın sözlərinə görə, ölənlərin sayı çoxala bilər, belə ki, sayı hələ müəyyənləşdirilməmiş yaralı məhbusların çoxu ağır vəziyyətdədir.
Bildirilir ki, hadisə zamanı cəzaçəkmə müəssisəsinin rəhbəri kürəyindən bıçaq xəsarəti alıb
Oxunub: 371
Xəbəri paylaş
Paylaş: