Daha 10 ailə Zəngilanın Ağalı kəndinə yola salındı
Bu gün daha 10 ailə, təxminən 200 nəfər Zəngilanın Ağalı kəndinə yola salınıb.
Globall.az xəbər verir ki, Zəngilandan olan məcburi köçkünlərin Masazırda məskunlaşdıqları şəhərcikdən yola düşüblər.
Səhər saatlarında Zəngilan Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşan hər kəs sevinc göz yaşı içində bir-birini təbrik edib, qucaqlaşaraq vidalaşıblar.
Zəngilan rayonu icra hakimiyyətinin başçısı Ramiz Həsənov bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib. Zəngilanlılar, ağalılar qarşısında çıxış edən R.Həsənov bildirib ki, Prezident, Ali Baş komandanın rəhbərliyi ilə müzəffər ordumuz şanlı vətən müharibəsində qələbə qazanıb. O, bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əydiyini, qazilərimizə can sağlığı diləyib.
Qeyd edək ki, bu proses 4 mərhələdən ibarətdir. Növbəti dəfə isə 11 ailə yola salınacaq. Bu qayıdış daim davam edəcək. Çünki bu qayıdış əbədi qayıdışdır, bu qayıdışın isə geriyə dönüşü yoxdur.