Bakıda AĞIR QƏZA:
Hindistanlılar ÖLDÜ
İyulun 23-də saat 11 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakini H.Həsənov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyindən (DİN) Globall.az-a verilən məlumata görə, nəticədə sərnişinlərdən Hindistan vətəndaşları Pervin Shroff və Malhotra Neena hadisə yerində ölüb.
Sürücü və digər sərnişin isə xəstəxanaya yerləşdiriliblər.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: