Cənubi Koreya ilə KXDR-nın sərhədində atışma olub

Bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın qərargah rəislərinin komitəsinə istinadən xəbər verir.
“Bu gün yerli vaxtla səhər saat 07:41-də (Bakı vaxtı ilə saat 02:41) demarkasiya xəttinin mərkəzi hissəsində yerləşən sərhəd postuna bir neçə atəş açılıb. Cavab olaraq Cənubi Koreya tərəfi KXDR istiqamətində iki atəş atıb”, - məlumatda bildirilir.
Hadisə zamanı xəsarət alanların olmadığı qeyd edilir.
Oxunub: 468
Xəbəri paylaş
Paylaş: