Millimiz Ermənistana qalib gəldi
- VİDEO
18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San-Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.
Globall.az xəbər verir ki, C divizionunda yer alan yığmamız B qrupunun üçüncü matçında Ermənistanla üz-üzə gəlib. "Domus Arena" keçirilən qarşılaşma Azərbaycan millisinin 76:65 hesalı qələbəsi ilə başa çatıb.
Komandamız qrupdakı dördüncü oyununu iyulun 28-də Moldovaya qarşı keçirəcək.
Qeyd edək ki, yığma qrupdakı ilk oyununda Lüksemburqa 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.
Oxunub: 210
Xəbəri paylaş
Paylaş: