Azərbaycanın basketbol millisi Ermənistanla eyni qrupa düşüb
18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub.
Globall.az-ın məlumatına görə, C divizionunda yer alan komanda B qrupunda Ermənistan, Cəbəllütariq, Moldova və Lüksemburqla mübarizə aparacaq.
Qarşılaşmalar 24 - 31 iyulda San-Marinonun Serravalle şəhərində keçiriləcək.
Oxunub: 272
Xəbəri paylaş
Paylaş: