Rusiyanın 40 500 hərbçisi məhv edilib -
Baş Qərargah
Ukraynada müharibə başlayandan indiyədək Rusiyanın 40 500 hərbçisi məhv edilib.
Globall.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya ordusu canlı qüvvə ilə yanaşı, 1749 tank, 3 987 zirehli döyüş maşını, 900 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 731 PUA, 174 qanadlı raket, 15 gəmi, 2870 avtomobil texnikası və avtosistern, 77 xüsusi texnika itirib.
Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.
Oxunub: 179
Xəbəri paylaş
Paylaş: