Ukraynalı qadının Rusiya sevgisi... - Rus hərbçiləri gözləyirmiş
Ukraynanın Xarkov vilayətində uzun müddətdir rusiyalı hərbçiləri gözlədiyini bildirən qadına qarşı istintaq başlayıb.
Globall.az modern.az-a istinadla xəbər verir ki, Xarkovun işğal olunmuş bölgələrinin birində KİV-ə müsahibə verən qadın Rusiya Federasiyasının silahlı təcavüzünə haqq qazandırıb və rus “azadçılarını” gözlədiyini deyib.
Bundan əlavə, adı açıqlanmayan qadın Rusiya vətəndaşının pasportunu almaq üçün qanunsuz orqanlara müraciət edib. Onun dönük davranışı yerli sakinlər tərəfindən hiddətlə qarşılanıb.
Xatırladaq ki, Rusiya qoşunları 2022-ci ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. İndiyədək davam edən müharibədə yüzlərlə mülki şəxs rusiya hərbçiləri tərəfindən qətlə yetirilib.
Oxunub: 171
Xəbəri paylaş
Paylaş: