Bu şəxslərə ödənişlər aldığı ən yüksək əlillik dərəcəsi üzrə veriləcək
I Qarabağ müharibəsi dövründə xəsarət alan şəxsə vaxtilə bir neçə əlillik qrupu təyin edilmiş və ya sonradan əlillik qrupu dəyişdirilmiş şəxslərə ödənişin hansı məbləğdə veriləcəyi açıqlanıb. Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında deyib. O bildirib ki, həmin şəxsə ödənişlər aldığı ən yüksək əlillik dərəcəsi üzrə veriləcək. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 02 avqust 2022-ci il tarixli 271 №li Qərarı imzalanıb. (trend)
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsinə başlanıb.
Oxunub: 174
Xəbəri paylaş
Paylaş: