“Qarabağ” - “Ferensvaroş” cütünün məğlubunun mümkün rəqibləri bəlli oldu
Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. Globall.az apasport.az-a istinadən bildirir ki, Azərbaycan çempionu "Qarabağ"ın mümkün rəqibi müəyyənləşib. Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferensvaroş"la görüşəcək Ağdam təmsilçisi turu adlaya bilməsə, Avropa Liqasının pley-offunda oynayacaq. Azərbaycan və Macarıstan çempionlarının duelinin məğlubu "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq. Qeyd edək ki, Ağdam klubu Macarıstan təmsilçisi ilə avqustun 3-də və 9-da qarşılaşacaq.
Oxunub: 163
Xəbəri paylaş
Paylaş: