ÜST:
Dünyada koronavirus qurbanlarının sayı 240 minə çatır
Dünyada koronavirusa yoluxma hallarının sayı 3,3 milyonu ötüb, 238 mindən çox insan virusun qurbanı olub.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Təşkilatın son məlumatlarına görə, dünyada bir gün ərzində COVID-19-a 82,7 mindən çox yeni yoluxma qeydə alınıb. Hazırda virusa yoluxanların ümumi sayı 3 349 786 təşkil edir.
Son bir gün ərzində 8 657 nəfər COVID-19-dan ölüb, bununla da dünyada koronavirus qurbanlarının ümumi sayı 238 628 təşkil edir.
Dünyada COVID-19-a yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınb. Köhnə qitədə 1 518 895 virusa yoluxub, 142,6 mindən çox insan ölüb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./report