Ermənistan KİV:
Azərbaycan PUA-sı Sərsəng su anbarı yaxınlığındakı kazarmanı vurdu - FOTO
Ermənistan KİV-də yayılan məlumata əsasən, Azərbaycan ordusu Kəlbəcərin Heyvalı kəndi istiqamətində (keçmiş Ağdərə - red.) pilotsuz uçuş aparatları (PUA) ilə hücuma keçərək düşmənin hərbi kazarmalarına zərbələr endirib. Sözügedən ərazi Sərsəng su anbarının yaxınlığında yerləşib. Erməni KİV-in iddiasına görə, Azərbaycan PUA-sının zərbəsi nəticəsində bir hərbçi ölüb, daha yeddisi yaralanıb. (Oxu.az)
Oxunub: 166
Xəbəri paylaş
Paylaş: