“Qarabağ” heç-heçə etdi
- YENİLƏNDİ
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Ferentsvaroş” matçı başa çatıb. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Matçda hesabı Macarıstan çempionu açıb. Belə ki, oyunun 17-ci dəqiqəsində Frank Boli fərqlənib. Matçın 34-cü dəqiqəsində “Qarabağ”ın qanalı hücumçusu Kvabena Ovusu tarazlığı bərpa edib - 1:1. Görüşdə əlavə qol vurulmayıb. “Qarabağ” doğma meydanda heç-heçə ilə kifayətlənib. xxx "Qarabağ" və "Ferentsvaroş" komandaları arasında Bakıda keçirilən ilk görüşdə hesab bərabərləşib. Oyunun 34-cü dəqiqəsində Ağdam klubunun hücumçusu Kvabena Ovusu tarazlığı bərpa edib. xxx "Qarabağ" və "Ferentsvaroş" komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə qonaqlar hesabda önə keçib. Frank Boli 17-ci dəqiqədə fərqlənib. xxx "Qarabağ" və Macarıstanın "Ferentsvaroş" komandaları arasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb. Globall.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlayıb. Matçı Andreas Ekberqin başçılıq etdiyi isveçli hakimlər briqadası idarə edir. Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.